
“Cerebry” rəqəmsal platformasının əsas məqsədi şagirdlərdə riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı tapşırıqlarla işləmək bacarığını və inteqrativ düşüncəni inkişaf etdirməkdir.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, “Cerebry” platformasının tətbiqi ilə bağlı məzmuna dəstək Təhsil İnstitutu tərəfindən həyata keçirilir. İnstitutun qiymətləndirmə metodistləri bir neçə məktəbdə müəllimlərlə mütəmadi metodik görüşlər keçirir, dərsdinləmələrdə iştirak edir, təlim ehtiyaclarını müəyyənləşdirərək müxtəlif istiqamətlərdə dəstək göstərirlər.
Hazırda platformadan 542 məktəb üzrə 90 738 şagird istifadə edir. Yeni məktəblərin qoşulması nəzərdə tutulmur.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər