Bütün xəbərlər
26 sentyabr, 13:30

“İllər əvvəl qanunlar hazırlanarkən “sağlamlıq imkanları məhdud” kimi terminlər işlədilsə də, hazırda inklüziv təhsil və sosial müdafiə sahəsində bu anlayışların yenilənməsinə ehtiyac var”.

“Azərbaycan müəllimi” xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədovun sözlərinə görə, bəzi qanunlarda istifadə olunan köhnəlmiş ifadələr müasir yanaşmalara uyğun deyil və dəyişdirilməlidir.

Ceyhun Məmmədov qeyd edib ki, dünyada da, Azərbaycanda da bu kateqoriyaya aid uşaqlar və şəxslər üçün istifadə edilən terminologiya dəyişir: “Bir çox ölkələrdə köhnə terminlərin əvəzinə daha inklüziv və həssas ifadələr qəbul olunur. Bizim qanunlarımızda da bu istiqamətdə addımlar atılmalıdır”.

Deputatın sözlərinə görə, bəzi qanunlarda artıq bu dəyişikliyin tətbiqinə başlanılıb, lakin mövcud terminlərin tam şəkildə yenilənməsi üçün daha genişmiqyaslı iş aparılmalıdır:

“Gələcəkdə bütün müvafiq qanunlarda bu məsələ öz əksini tapmalı, müasir yanaşmanı əks etdirən, daha həssas ifadələr qəbul edilməlidir. Bu həm sosial ədalətin, həm də inklüzivliyin gücləndirilməsi baxımından vacibdir”.

O əlavə edib ki, xüsusilə bölgələrdə inklüziv təhsil imkanlarının artırılması, statistik məlumatların toplanması və yeni tələblərə uyğun qanunvericilik təşəbbüslərinin davam etdirilməsi zəruridir.

Şərhlər

Xəbər lenti

30 sentyabr, 20:20

Sabah İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışı olacaq

30 sentyabr, 20:15

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

30 sentyabr, 17:56

Məktəbli avtobuslarının abunə qiyməti açıqlandı

30 sentyabr, 17:24

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının ilk mərhələsi keçiriləcək

30 sentyabr, 17:21

Nazir Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

30 sentyabr, 17:16

Məktəbli avtobusu layihəsini "2 School" startap şirkəti icra edəcək

30 sentyabr, 17:10

Azərbaycan və Özbəkistan təhsil sahəsindəki əməkdaşlığı müzakirə edib

30 sentyabr, 17:03

Vüsal Xanlarov: “Chatbot” şagird və müəllimlərin ehtiyaclarına uyğun materiallar təqdim edəcək

30 sentyabr, 16:53

UNEC-də isveçrəli tələbələr üçün intensiv təcrübə proqramı başlayıb

30 sentyabr, 16:45

Azərbaycan "Qlobal Rəqabətlilik İndeksi"ndə təhsil üzrə irəliləyib

30 sentyabr, 16:21

Naxçıvan məktəblisi III MDB Oyunlarında uğur qazanıb

30 sentyabr, 16:04

Oktyabrın hava proqnozu açıqlanıb

30 sentyabr, 15:46

“Üzeyirin ecazkar dünyası” - milli musiqi irsinə rəqəmsal səyahət

30 sentyabr, 15:40

Məktəbdə çalışmaq istəyənlərin nəzərinə: müsahibə vaxtı açıqlandı

30 sentyabr, 15:16

"PAŞA Holdinq": Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır

30 sentyabr, 15:16

Bakıda “INMerge” İnnovasiya Sammiti keçirilib

30 sentyabr, 15:14

Dəyanət Sədullayev: Kadrların hazırlanması biznes və universitetlər arasında əməkdaşlıq tələb edir

30 sentyabr, 15:09

Cəlal Qasımov: “Liderlərin əsas vəzifəsi insanların yeni şeylər sınamaqdan qorxmadığı mühit yaratmaqdır”

30 sentyabr, 15:00

Gəlirli peşələr, uğursuz ixtisas adları – Nəyi dəyişmək lazımdır?

30 sentyabr, 14:15

Yeniyetmənin döyülməsinə dair görüntülərlə bağlı AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.