Bütün xəbərlər
7 fevral, 19:25

Çinin yeni generativ süni intellekt platforması “DeepSeek” yanvarın 20-də təqdim etdiyi “DeepSeek-R1” modeli ilə qlobal diqqət mərkəzinə düşüb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu modelin performansı “OpenAI”nin “o1” modeli ilə müqayisə edilə bilər. Lakin “DeepSeek”in təlim xərcləri cəmi 5 576 milyon ABŞ dolları təşkil edib ki, bu da ABŞ-nin sərf etdiyi məbləğin kiçik bir hissəsidir. 

Bu uğur Çinin gənc və yerli istedadlarının böyük potensialını nümayiş etdirib. Hanqzhou şəhərində yerləşən “DeepSeek” startapı cəmi bir il əvvəl qurulmasına baxmayaraq, artıq qlobal süni intellekt arenasında ciddi rəqibə çevrilib. Şirkətin təxminən 150 əməkdaşı olsa da, əsas komanda cəmi 30 nəfərdən ibarətdir və əksəriyyəti gənc məzunlardır. 

Şirkətin təsisçisi və baş direktoru Lianq Uenfenq “DeepSeek”in əsasən yeni məzunları və az təcrübəsi olan gəncləri işə qəbul etdiyini bildirib. O, Zejiang Universitetində bakalavr və magistr təhsili aldıqdan sonra təcrübədən çox potensiala önəm verdiklərini vurğulayıb. “DeepSeek” komandasının aparıcı üzvləri əsasən Çinin ən nüfuzlu ali təhsil müəssisələrinin məzunlarıdır. Pekin Universiteti və Tsinxua Universiteti süni intellekt və kompüter elmləri sahəsində ölkənin aparıcı ali təhsil müəssisələri sayılır və bu universitetlərdən məzun olan gənc tədqiqatçılar “DeepSeek”in uğurunda mühüm rol oynayırlar. 

Son illərdə Çin universitetlərində süni intellekt sahəsində kadr hazırlığı genişlənib. “Times Higher Education”in reytinqinə əsasən, Pekin Universiteti 2025-ci ildə “Kompüter elmləri” ixtisasında dünya üzrə 12-ci pilləyə yüksəlib və ölkənin ən yaxşı universiteti hesab olunur. Buna baxmayaraq, Çin universitetlərində süni intellekt təhsilinin keyfiyyəti müxtəlif səviyyələrdədir və yalnız məhdud sayda elitar universitet bu sahədə yetərli resurslara malikdir. 

Soka Amerika Universitetinin dosenti və Çin universitet reytinqləri üzrə mütəxəssis Ryan Allen “DeepSeek”in əsas komandasının təhsil mənşəyini araşdırıb və əksər üzvlərin tamamilə Çində təhsil aldığını, xarici universitetlərdən məzun olanların sayının minimal olduğunu bildirib. Əvvəllər Çin innovasiyalarının xaricdə təhsil almış mütəxəssislərə əsaslandığı düşünülürdü, lakin “DeepSeek” uğuru Çinin öz daxilində yüksəksəviyyəli istedad yetişdirmək iqtidarında olduğunu sübut edir. 

“DeepSeek” komandası yeni tendensiyanı göstərir: Çin universitetlərində yetişən gənc mütəxəssislər artıq dünyanın texnologiya nəhənglərinə ciddi rəqib olmağa başlayıblar. Çinin texnoloji inkişafının yüksəlişi isə hələ yeni başlayır.

Mənbə: https://www.universityworldnews.com/post.php?story=20250205194844793

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.