Bütün xəbərlər
25 avqust, 09:38

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırda 42 istiqamət üzrə qısamüddətli təlimlər həyata keçirilir

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icra edilən “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə qısamüddətli təlimləri uğurla bitirən ilk 9 müdavimə dövlət nümunəli sertifikatlar təqdim edildi.

Keçmiş məcburi köçkün olan müdavimlərin hər biri ömürboyu fərqli peşələrdə özlərini sınayıb, hər dəfə tələb dəyişəndə onlar da dəyişmək, bəzən bir peşəni başqa işə əvəz etmək məcburiyyətində qalıblar. Şərait tələb edəndə əllərinə silah alıb döyüşüb, sonra yenidən peşələrinə sarılıblar. İndi yenə zaman dəyişib və əmək bazarı əlavə bacarıqlar tələb edir.

Laçına qayıdış yolunu peşə təhsili ilə açdı

Yeni peşə istiqaməti üzrə təlim keçənlərdən biri Ülfət Hümbətovdur. 16 yaşından məcburi köçkünlük həyatı yaşamış müsahibimiz həm də I Qarabağ müharibəsi veteranıdır. Ülfət Hümbətov “Hazırda aeroport tikilən kənddənəm”, - deyir, yəni Laçının Zağaltı kəndindəndir. “Azərenerji”nin “Yaşıl enerji” su elektrik stansiyaları layihələrindən birində çalışır. İndi isə “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə təhsil alaraq bu işin peşəkarlarından birinə çevrildi.

Məcburi köçkünlük ucbatından çox yerdə olub, çox ünvan dəyişib: “1998-ci ildən Xəzər rayonunun Binə qəsəbəsində yaşamağa başladım, tikinti şirkətlərində işlədim. Artıq 2 ildir Şərqi Zəngəzurdayam, Laçın rayonunda “Azərenerji”nin “Yaşıl enerji” layihəsi olan su elektrik stansiyasında çalışıram”.

Deyir elə Laçına erkən qayıtmaq imkanını da məhz peşə təhsili sayəsində qazanıb: “Qayıdış üçün əhalinin köçünü gözləməli olacaqdım. Amma burada işə başlayaraq, doğma elimə daha tez qovuşdum. Binə Peşə Liseyinin “Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru” ixtisası üzrə məzunuyam. Qarabağda mənim kimi təhsil sənədi olan peşəkarlara ehtiyac var”.

Hamımızı yenidən qurulan Qarabağımız üçün faydalı olmaq düşündürür

Təlimi başa vuranlardan biri də Valeh İsfəndiyarovdur. O, Kəlbəcər rayonundandır, I Qarabağ müharibəsi zamanı könüllü batalyonların tərkibində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşüb. 23 yaşından onun da məcburi köçkün həyatı başlayıb. Əvvəlcə Yevlaxda məskunlaşıblar, daha sonra Bakıya köçüb. Həm işləyib, həm də Memarlıq və İnşaat Universitetində qiyabi təhsil alaraq “Sənaye və mülki tikinti” ixtisasına yiyələnib:

“Artıq torpaqlarımız azad olunub, məcburi köçkünlük həyatı bitib. Belə bir vaxtda hamımızı yenidən qurulan Qarabağımız üçün faydalı olmaq düşündürür. Bu səbəbdən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icra edilən “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə qısamüddətli təlimlər barədə eşidəndə dərhal müraciət etdim”.

Qarabağa yeni peşəmlə qayıdıram…

Pərviz Əzizov 1993-cü ildə məcburi köçkün həyatı başlayanda qaynaqçı idi. Həyatın sınağından da məhz peşə bacarıqları sayəsində keçməyi bacarıb. Artıq “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə təhsil alaraq daha bir peşənin peşəkarına çevrildi. İnformal yolla peşə sahibi olmuşdu, indi də formal yolla ikinci peşəyə yiyələndi: 

“Təlimlərimiz çox maraqlı keçdi. Yeni sahə əhəmiyyətli olduğu qədər cəlbedicidir. İnsan daha çox öyrənmək istəyir. Aldığımız sertifikat dövlət nümunəlidir və əmək bazarına daxil olmaq şansı verir. Qarabağa əlimdə peşə ilə qayıdıram”.

Eldar Quliyev isə əslən Laçındandır, amma Şuşada yaşayıb, oradan köçkün düşüb. Şuşa 3 nömrəli tam orta məktəbində təhsil alıb. Sonra Avtomobil məktəbini bitirib, hərbi xidmətə gedib. 1992-ci ildə məcburi köçkün olanda 22 yaşı olub, sonradan Bakıda məskunlaşıb. 1993-cü ilin sentyabrında Füzulidə gedən döyüşlər zamanı minaya düşərək xəsarət alıb.

Uzun illər el-obasının həsrəti ilə yaşayan Eldar Quliyev o yerləri yenidən görəcəyi həvəsi ilə də Dövlət Məşğulluq Agentliyinə müraciət edib: “Qarabağa qayıdıb burada işləmək üçün müraciət etdim, onlar da məni Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yönləndirdilər. Qarabağda alternativ enerji qurğu və avadanlıqları ilə işləyəcəyim günü həvəslə gözləyirəm”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırda 42 istiqamət üzrə qısamüddətli təlimlər həyata keçirilir. Alternativ enerji qurğu və avadanlıqlarının istismarı həmin 42 vacib istiqamətdən biridir. Bu istiqamət üzrə bu il 20 nəfərin təlimləndirilməsi nəzərdə tutulub. 9 nəfərdən ibarət birinci yarımqrup artıq sertifikatlarını alıb. İkinci yarımqrup üzrə tədris prosesi davam edir. Növbəti ay onlara da sertifikatlar təqdim ediləcək. Bununla da “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı” ixtisası üzrə 20 nəfər dövlət nümunəli sertifikat əldə edəcək.

Şərhlər

Xəbər lenti

25 avqust, 17:39

Lənkəranda bir məktəbin 78 şagirdi tələbə oldu 

25 avqust, 17:38

“Ali məktəbə oğlumun təhriki ilə sənəd verdim” – 20 ildən sonra tələbə olan Qax sakini

25 avqust, 17:11

DİM-dən yüksək balla ali məktəbə qəbul ola bilməyənlərlə bağlı AÇIQLAMA

25 avqust, 16:50

Hansı ali məktəblərin qəbul planı tam dolub? – SİYAHI

25 avqust, 16:31

İmtahan verir, qəbul olur, amma oxumur Gənclər niyə geri çəkilirlər?

25 avqust, 16:27

MDU-da “UniStartup” müsabiqəsinə qeydiyyat başladı

25 avqust, 16:23

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

25 avqust, 16:15

Bağçalarda müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!

25 avqust, 15:39

Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 avqust, 15:39

ADPU ikili diplom proqramına qəbulun müsahibə mərhələsinə başlayıb

25 avqust, 15:21

“İkinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçərdim” – RFO qalibləri

25 avqust, 15:11

ADNSU məzunuAzad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi olub

25 avqust, 15:03

TİKA-nın koordinatoru: STEM əsaslı öyrənmə real həyata hazırlaşmaq üçün güclü yanaşmadır

25 avqust, 14:30

Məktəblərdə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

25 avqust, 14:28

Dünya Bankı Pakistanda təhsilin inkişafı üçün 47,9 milyon dollarlıq qrant ayırıb

25 avqust, 14:22

Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 avqust, 13:30

Telefonsuz məktəb siyasəti 

25 avqust, 12:35

Kolleclərə qeydiyyat başa çatır

25 avqust, 12:22

İbtidai siniflərdə dərs vaxtı qısaldılacaq? – ARAŞDIRMA

25 avqust, 12:21

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.