![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews/10%20February%202025/f04530d7-0ff4-410c-8969-3bafc8407e2b_TAG_8254gghjguy.jpg)
Son on ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir.
“Azərbaycan müəllimi” “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, keyfiyyətə gəlincə müəyyən problemli nüanslar var və bunu təkmilləşdirmək lazımdır:
"Bu çağırış tək bizdə yox, qlobal səviyyəli məsələdir. Təhsillə əlaqəli daha bir məqam adambaşı maliyyələşmə mexanizmidir. Təhsilalana ayrılan investisiyanın ədalətli bölgüsü önəmlidir. Misal olaraq, kompüter mühəndisliyi üzrə kadr hazırlığına ən yaxşı halda adambaşına illik olaraq 2 min dollar xərc çəkilir. Çünki bütün dünyada ən yaxşı gəlirli peşədir. Hesab edirəm ki, digər ixtisaslara baxanda burada qeyri disbalans var. Təbii ki, sosial aspektlər də bu məsələdə rol oynayır. Bütün hallarda bərabərlik və ədalətlilik bu işdə əsasdır".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
![Bookmark](/_next/image?url=%2Fassets%2Fimages%2Fbookmark.png&w=256&q=75)
![Programmer](/_next/image?url=%2Fassets%2Fimages%2Fprogrammer.png&w=640&q=75)
![Mail box](/_next/image?url=%2Fassets%2Fimages%2Fmailbox.png&w=640&q=75)
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
![Azərbaycan müəllimi logo white](/_next/image?url=%2Fassets%2Flogo%2Fmain-logo-white.png&w=640&q=75)
Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər