
Bu il keçirilən Respublika fənn olimpiadalarının final turuna 1100-ə yaxın şagird vəsiqə qazanıb.
Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, şagirdlər olimpiadaya 8 fənn - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, tarix, coğrafiya, biologiya üzrə qatılıblar. Riyaziyyat və informatika fənlərinin hər biri üzrə 150, digər fənlərin hər biri üzrə isə 120 şagird final turuna adlayıb. Finalın aprel-may aylarında keçiriləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər