Məlum olduğu kimi, Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisalaşmış konsaltinq şirkəti olan “Times Higher Education” ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EDTA) strateji əməkdaşlığa dair yeni müqavilə imzalanıb. Yeni müqavilədə nələr nəzərdə tutulub? THE-nin Azərbaycanla bağlı əməkdaşlığı ali təhsil müəssisələrimizə nə verəcək?
“Azərbaycan müəllimi”nin bu və digər suallarını THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Bati cavablandırır.
– “Times Higher Education” Azərbaycan Respublikası Dövlət Elm və Ali Təhsil Agentliyi ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb. Bu müqavilə nələri ehtiva edir?
– Bu saziş əvvəlki əməkdaşlığa əsaslanır və ilk növbədə bu ilin sonunda Bakıda “Times Higher Education” Avrasiya Universitet Forumunun birgə keçirilməsini, həmçinin iyun ayında Türkiyədə Davamlı İnkişaf üzrə Qlobal Konqresində Azərbaycanın fəal iştirakını nəzərdə tutur.
Konqresdə Azərbaycanın milli pavilyonu təqdim olunacaq, burada Azərbaycan universitetlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq öhdəliyi ilə bağlı gücü və müxtəlifliyi nümayiş olunacaq. Pavilyon Azərbaycan universitetlərinin beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verəcək və dünya universitetləri ilə beynəlxalq strateji tərəfdaşlıq üçün imkanlar yaradacaq. Avrasiya Sammiti Bakının mərkəzində beynəlxalq universitetlərin rəhbərlərinin əsas görüşü olacaq və burada Avrasiyanın beynəlxalq ali təhsil və əməkdaşlığın formalaşmaqda olan aparıcı mərkəzi kimi gələcək imkanları nəzərdən keçiriləcək.
– THE ilə Azərbaycan arasında əməkdaşlıq genişlənir. Bu əməkdaşlıq Azərbaycan universitetlərinə nə gətirəcək?
– Strateji qərarlar qəbul etmələrini dəstəkləmək və dünya universitet reytinqlərində mövqelərini möhkəmləndirmələrinə kömək etmək üçün məlumatları və analitik məlumatları beynəlxalq performans göstəriciləri də daxil olmaqla Azərbaycan universitetləri ilə bölüşməyə davam etməkdən məmnunuq. Bu əlavə tərəfdaşlıq görülən işlərə əsaslanacaq və Azərbaycan universitetlərinin beynəlxalq arenaya tanıdılması, beynəlxalq əməkdaşlığın dəstəklənməsi, qlobal tanınmanın artırılması və nüfuzunun möhkəmləndirilməsi üçün əlavə imkanlar yaradacaq ki, bu da qlobal reytinqlərdə daha da yüksəlməyə kömək etməlidir.
– Bu əməkdaşlıq Azərbaycan universitetlərinin transformasiyasına və beynəlmiləlləşmə siyasətinə necə töhfə verə bilər?
– Azərbaycan universitetləri əsasən tədrisə yönəlmiş universitetlərdən elmi-tədqiqatlar əsasında yüksəkkeyfiyyətli tədrisin təmin edilməsi və Azərbaycanın sosial və iqtisadi tələbatlarının ödənilməsi üçün yeni biliklərin yaradılması ilə dünyada tanınmış elmtutumlu universitetlərə çevrilərək öz tədqiqat fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırırlar. Məlumatlar onu da göstərir ki, Azərbaycan universitetləri BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq öhdəliyini getdikcə daha çox nümayiş etdirir, öz tədris və tədqiqat imkanlarından, eləcə də öz resurslarından istifadə edərək Azərbaycan və dünya üçün uzunmüddətli davamlı gələcəyin təmin olunmasına kömək edir.
– Biz Azərbaycan universitetlərinin aktivliyini reytinqlərdə görürük. Bu nə ilə bağlıdır? Bu tendensiyanın davam etməsini gözləyirsinizmi?
– Onlar tədqiqat fəaliyyətlərini inkişaf etdirdikcə, təkmilləşdirdikcə və dünya səhnəsində daha fəal çıxış etdikcə daha çox Azərbaycan universitetlərinin nüfuzlu dünya reytinqlərinə düşdüyünü görmək sevindiricidir. Yüksək beynəlxalq rəqabətə baxmayaraq, bütün dünyada ölkələr universitet sistemlərini inkişaf etdirməyə çalışırlar.
– Cənab Beti, biz sizdən xahiş etmək istərdik ki, Azərbaycanda keçiriləcək sammitin gündəliyi barədə məlumat verəsiniz.
– Sammitin gündəliyi hələ müəyyənləşdirilməyib, çünki o, Azərbaycanın dövlət idarələri və nazirlikləri ilə sıx əməkdaşlıqda və Avrasiya regionunda universitetlərlə məsləhətləşmələr əsasında hazırlanacaq. Ancaq əlbəttə ki, bölgənin şərq-qərb qovşağı və sürətlə inkişaf edən yeni qlobal ali təhsil mərkəzi kimi böyük potensialına xüsusi diqqət yetiriləcəkdir. Nüfuzlu zirvə Şərq və Qərbin qovşağında sürətlə inkişaf edən qlobal ali təhsil mərkəzi kimi Avrasiyanın potensialını araşdırmaq və istifadə etmək üçün universitet rəhbərlərini, siyasətçiləri və hökumət və qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcəkdir. Nümayəndələr məruzə çıxışları, interaktiv panellər, canlı nümayişlər, praktiki seminarlar, görünməmiş ünsiyyət və daha çox şey gözləyirlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)