Bütün xəbərlər
17 aprel, 13:23

Bakıda gənc rəssamların Qarabağa həsr olunan əsərlərindən ibarət sərgi açılıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən təşkil edilən sərgidə tələbə rəssamların əl işləri nümayiş olunur.

QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Qarabağın təbiətinə, abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr edilən 38 tablo Berlin Rəssamlıq Akademiyasının professoru İnqa Şmidtin Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri üçün keçdiyi ustad dərsləri çərçivəsində ərsəyə gəlib. Ustad dərsləri QDF-nin dəstəyi ilə gerçəkləşib.

Rəhman Hacıyev onu da diqqətə çatdırıb ki, QDF və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə “Qarabağın rəngləri – 2025” layihəsinə start verilib. Qeyd olunub ki, rəssam İnqa Şmidtin ustad dərslərində iştirak edən gənclərin əksəriyyəti bu layihənin final mərhələsində iştirak hüququ qazanan Rəssamlıq Akademiyası və Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir.

Tədbirdə ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova çıxış edərək layihənin əhəmiyyətindən danışıb, onun gənc rəssamların gələcək yaradıcılıq fəaliyyətinə böyük töhfə verəcəyini vurğulayıb.

Rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim olunub.

Sonda sərgiyə baxış keçirilib.

1 /10

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.