Bütün xəbərlər
27 aprel, 15:19

Bu gün Əməkdar elm xadimi, yazıçı, alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ilinin tamam olması münasibətilə Milli Aviasiya Akademiyasının (MAA) təşkilatçılığı ilə Gəncədə yaradıcılıq gecəsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin adını daşıyan ev-muzeyində keçirilən tədbirdə şəhər rəsmiləri, ictimai xadimlər və tələbələr iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Milli Aviasiya Akademiyasının birinci prorektoru professor Ədalət Səmədov Mir Cəlal fəlsəfəsini, onun humanizm ənənələrini bu gün də yaşadan və uğurla davam etdirən akademik, MAA-nın rektoru Arif Paşayevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O bildirib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Mir Cəlal Paşayev Azərbaycan elminin və təhsilinin, ədəbi məktəblərinin inkişafına, milli dəyərlərin, adət-ənənələrin qorunmasına çalışıb, gəncləri savadlı və vətənpərvər olmağa sövq edib. O, “Bir gəncin manifesti”, “Füzulinin poetik xüsusiyyətləri”, “Dirilən adam”, “Bostan oğrusu”, “Gözün aydın” kimi məşhur əsərlərində müasir dövrün çağırışlarını əks etdirib. Ona görə bu gün də Azərbaycanın orta və ali təhsil müəssisələrində Mir Cəlal irsi sevə-sevə öyrənilir.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov diqqətə çatdırıb ki, qədimliyi ilə müasirliyi özündə cəmləşdirən və günü-gündən gözəlləşən Gəncə şəhərinin ruhunda Mir Cəlal izi var.

AMEA-nın müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək deyib ki, böyük alim Mir Cəlal Paşayev həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

Xalq şairi Nəriman Həsənzadə öz sevimli müəllimi haqqında xoş xatirələrini səsləndirib. O, son dövrlərdə çapdan çıxmış “İllər, pillələr və talelər”, “Xəlvətdə yanan şam” kitablarında da xoş xatirələrini oxucuları ilə bölüşdüyünü deyib.

Çıxış edən MAA-nın rektor köməkçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru dosent Gülnarə Əhmədova bildirib ki, illər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə abidə qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.

Sonda Milli Aviasiya Akademiyasının tələbələrinin hazırladığı şeir nümunələri səsləndirilib, bədii kompozisiyalar nümayiş olunub.

1 /7

Şərhlər

Xəbər lenti

27 aprel, 14:56

9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

27 aprel, 14:47

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinal mərhələsi keçirilib

27 aprel, 09:15

Sözümüzün gücü: Dövlət dili statusunun şərəfli yolu 

26 aprel, 21:29

Qarabağ Universitetində “COP simulyasiya” konfransı işə başlayıb

26 aprel, 20:56

ABŞ-də uşaq bağçalarında süni intellekt tədris olunacaq

26 aprel, 20:50

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

26 aprel, 17:06

Goranboy məktəbində yayılan video ilə bağlı araşdırma başladı

26 aprel, 16:40

Nazirlik bağçalarda boş yerlərin sayını açıqlayıb

26 aprel, 15:51

Mir Cəlal Paşayev : “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”

26 aprel, 13:41

UFAZ-da TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

26 aprel, 13:36

BANM tələbələrinin startapı 25 min avro investisiya əldə etdi

26 aprel, 11:25

Emosional vəziyyət imtahan nəticəsinə təsir edir

26 aprel, 09:00

Mir Cəlal Paşayevin Azərbaycan müəllimlərinin IV qurultayında çıxışı – QƏZETİN ARXİVİNDƏN

25 aprel, 17:47

NDU-da akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib

25 aprel, 17:38

ADPU-da “Azərbaycan xeyriyyəçilik tarixinin Musa Nağıyev səhifəsi” mövzusunda tədbir keçirilib

25 aprel, 17:32

Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək – SƏRƏNCAM

25 aprel, 17:30

ADPU-da ötən il 47 elmi-tədqiqat işi tədrisdə tətbiq hüququ qazanıb

25 aprel, 17:18

“4Sİ Akademiyası – Milli Proqram”a qeydiyyat davam edir

25 aprel, 17:15

Fiziki tərbiyə fənn kurikulumunun müzakirəsi təşkil edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.