Bütün xəbərlər
24 fevral, 20:45

Geoloqlar dağlarda yeni təmiz enerji mənbəyi aşkar ediblər.

“Azərbaycan müəllimi” “Science Advances” jurnalına istinadən xəbər verir ki, GFZ Helmholtz Yer Elmləri Mərkəzində Dr.Frank Zuaanın rəhbərlik etdiyi beynəlxalq geoloqlar qrupu dağ silsilələrinin perspektivli təmiz enerji mənbəyi olan təbii hidrogenin (H₂) əsas mənbəyi ola biləcəyini aşkar edib. 

Bu kəşf alternativ yanacaq axtarışında dönüş nöqtəsi ola bilər. Araşdırma göstərir ki, təbii hidrogen əmələ gəlməsi prosesləri Pireney və Alp dağları kimi dağ silsilələrində baş verir. Bu proseslər su və mantiya süxurları arasında H₂ əmələ gəlməsinə səbəb olan kimyəvi reaksiya ilə əlaqələndirilir.

Dağ silsilələri mantiya süxurlarını səthə yaxınlaşdıran tektonik proseslər nəticəsində əmələ gəlir. Belə şəraitdə aşağı temperatur nəticəsində suyun aktiv dövriyyəsi intensiv şəkildə baş verir. Alimlər hesab edirlər ki, dağ sistemləri qitələrin bir-birindən ayrıldığı rift zonalarından 20 dəfə çox hidrogen istehsal edə bilər. 

Bundan əlavə, məsaməli süxurlar hidrogenin yığılmasına kömək edir, təbii su anbarları yaradır. Bu da dağlardan təbii hidrogenin çıxarılmasını mümkün edir. 

Geoloqlar inanırlar ki, onların kəşfi yeni sənaye sahəsinə – təbii hidrogen istehsalına yol aça bilər. Hidrogen gələcəyin enerjisi kimi hətta kosmik səyahətlər üçün ən perspektivli enerji mənbələrindən biri hesab olunur. İstehsal üçün çoxlu enerji tələb edən və ətraf mühiti çirkləndirə bilən sintetik hidrogendən fərqli olaraq, təbii hidrogen yer qabığında radioaktiv parçalanma, bakterial aktivlik və kimyəvi reaksiyalar nəticəsində təbii olaraq əmələ gəlir. 

Alimlərin kəşfi qalıq yanacaqlardan asılılığı azaltmaq və təmiz enerjiyə doğru irəliləmək üçün mühüm addım ola bilər. Əgər gələcək tədqiqatlar təbii hidrogenin çıxarılmasının iqtisadi məqsədəuyğunluğunu təsdiqləsə, bu, real enerji inqilabına səbəb ola bilər.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.