Bütün xəbərlər
6 mart, 10:29

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 2 nömrəli Texniki-Humanitar liseyin təşkilatçılığı ilə görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Bakı Kitab Mərkəzində keçirilən yubiley mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, yazıçı-publisist Şərəf Cəlilli, Xalq artisti Nurəddin Mehdixanlı, Xalq rəssamı Rza Avşar, liseyin rəhbərliyi və müəllimlər iştirak ediblər.  

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova görkəmli ziyalının 160 illik yubiley mərasiminin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, belə şəxsiyyətlərin xatırlanması, onların qoyduğu maarifçilik ənənələrinin yaşadılması olduqca önəmlidir. N.Hüseynova əsası H.Mahmudbəyov tərəfindən qoyulan 2 nömrəli Texniki-Humanitar liseyin bu gün də onun ənənələrinə sadiq qalaraq təhsilimizin inkişafı, yeni ziyalı nəsillərin yetişməsi işinə töhfələr verdiyini diqqətə çatdırıb.

Millət vəkili A.İsgəndərov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru M.Mərdanov, liseyin direktoru T.Məcidli, yazıçı-publisist Ş.Cəlilli, xalq artisti N.Mehdixanlı, Xalq rəssamı R.Avşar çıxış edərək H.Mahmudbəyovun Azərbaycanda dünyəvi məktəb sisteminin inkişafında xüsusi rol oynayan böyük şəxsiyyət kimi səciyyələndiriblər. Bildiriblər ki, maarifpərvər ziyalının zəngin pedaqoji irsi xalqımızın məktəb və pedaqoji fikir tarixinin şanlı səhifələrindəndir.

Yubiley mərasimində H.Mahmudbəyovun həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub, incəsənət ustalarının ifasında klassiklərin əsərlərindən parçalar nümayiş etdirilib.

1 /2

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.