Bütün xəbərlər
21 fevral, 13:43

Məktəb yalnız akademik biliklərin verildiyi yer deyil, eyni zamanda şagirdlərin fiziki və psixoloji təhlükəsizliyinin qorunduğu bir mühit olmalıdır. Şagird özünü rahat və güvəndə hiss etmirsə, o mühitdə keyfiyyətli təhsil alması da mümkün deyil. Təhlükəsiz məktəb mühiti həm şagirdlərin, həm də müəllimlərin sağlam inkişafına və səmərəli tədris prosesinə töhfə verir. Şagirdlər müəllimlərə və məktəb rəhbərliyinə güvənməli, problemləri olduqda rahatlıqla paylaşa bilməlidirlər.

Lakin bəzi hallarda təəssüf ki, hansısa müəllimin şagirdə qarşı zorakılığının şahidi oluruq. Belə halların qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir?

Məsələ ilə bağlı "Azərbaycan müəllimi"nə açıqlama verən təhsil eksperti Sehran Səfərov bildirib ki, məktəbdə müəllim tərəfindən şagirdlərə şiddət tətbiqi heç bir halda qəbul edilə bilməz: “Məktəblər uşaqların və gənclərin inkişafı və təhsili üçün təhlükəsiz və müsbət bir mühit təmin etməlidir. Şiddət yalnız uşaqlarda qorxu və narahatlıq yaradır, eyni zamanda onların psixoloji və fiziki sağlamlığını zədələyir. Müəllimlər cəmiyyətin ən önəmli şəxsləridirlər və onların vəzifəsi uşaqları təhsilləndirmək, dəyərlər aşılayıb onları düzgün istiqamətə yönəltməkdir”.

S.Səfərov qeyd edib ki, müəllimlərin şiddət tətbiq etməsi təkcə həmin şagirdin psixoloji və fiziki vəziyyətinə yox, digər şagirdlərin davranışlarına da təsirsiz ötüşmür: “Bu cür hadisələr uşaqlarda qorxu hissi yarada, onlarda özünə inamsızlıq və psixoloji problemlər də meydana çıxara bilər. Şiddətin qarşısını almaq üçün bir sıra tədbirlər görülə bilər. Müəllimlər və digər məktəb işçiləri şiddətin zərərli təsirləri haqqında mütəmadi olaraq maarifləndirilməli və təlimlərə cəlb olunmalıdırlar. Eyni zamanda, müəllimlər və məktəb idarəsi üçün ciddi qaydalar və qanunlar tətbiq olunmalı, şiddət hallarına maksimum nəzarət edilməlidir. Şagirdlər üçün təhlükəsiz və rahat bir mühit təmin edilməli, hər hansı bir şiddətə məruz qalan şagird dərhal müvafiq kömək almalıdır”.

Onun sözlərinə görə, şiddət tətbiq edən müəllimlər üçün cəza tədbirləri qanunla tənzimlənməli və tətbiq olunmalıdır: “Bəzi cəza tədbirləri olaraq həmin şəxslərin işdən azad olunması və müvafiq hüquqi tədbirlər görülməsi də vacibdir. Müəllimlər təkrarən peşəkar etik qaydalar və təhsil alətləri ilə bağlı təlimlərə cəlb olunmalıdır. Müəllimin şagirdlərə şiddət göstərməsinin bir neçə səbəbi ola bilər. Belə ki, müəllimlər şəxsi həyatlarında çətinliklərlə qarşılaşa bilər və bu da onların davranışlarına təsir edə bilər. Lakin bu heç bir halda şiddət tətbiq etməyə haqq qazandırmır. Müəllimlərin sinifdəki davranış problemləri və ya şagirdlərin dərslərə qarşı etinasızlığı onların qəzəbini artırıb, nəticədə bu da şiddətə səbəb ola bilər”.

Mütəxəssis vurğulayıb ki, bu məsələ cəmiyyətin hər bir üzvünün diqqətini çəkməlidir, çünki məktəbdə şiddət yalnız həmin an üçün deyil, uşaqların gələcəyinə də təsir edir: “Müəllimlər bu məsuliyyəti yaxşı başa düşməli və hər zaman şagirdlərə hörmətlə yanaşmalıdırlar".

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan da məsələyə münasibət bildirib. O, "Azərbaycan müəllimi"nə açıqlamasında şiddətin istənilən formasına qarşı olduğunu vurğulayıb:

“Hesab edirəm ki, ailədə, məktəbdə, cəmiyyətdə də xoş münasibət ən yaxşı tərbiyə üsuludur. Ehtiyac olan yerlərdə müəllimlərin, şagirdlərin, valideynlərin şiddətsiz ünsiyyətlə, eləcə də sosial media savadlılığının artrılması ilə bağlı təlimlərə cəlb olunması yaxşı olardı”.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.