Bütün xəbərlər
19 dekabr, 20:17

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qarabağ Universitetində tələbələrə "Dövlət auditi" mövzusunda mühazirə deyib.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Bildirilib ki, mühazirə zamanı dövlət maliyyəsinin idarə edilməsi, ona nəzarətin nəzəri və praktik aspektlərinə toxunulub. Eyni zamanda sədr Hesablama Palatasının strateji idarəetmə çərçivəsinə diqqət yetirib, müxtəlif ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra proqramların həyata keçirildiyini qeyd edib. Sədr bu çərçivədə Qarabağ Universiteti ilə birgə fəaliyyətin nəzərdə tutulduğunu da vurğulayıb.

Vüqar Gülməmmədov qeyd edib ki, gələcəkdə Qarabağ Universiteti ilə əməkdaşlıq təkcə təlim proqramları ilə məhdudlaşmayacaq, həm də tələbələrin Hesablama Palatasında təcrübə keçməsi, karyera inkişafı üçün təlimlərə cəlb edilməsi və tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Həmçinin universitet tələbələrinin sahə üzrə ən yaxşı məqalələrinin "Dövlət auditi" jurnalında nəşr olunması, müvafiq fənlər üzrə tədris proqramlarının müəyyənləşdirilməsinə dəstəyin verilməsi kimi digər istiqamətlərin də əhatə olunması hədəflənir.

Hesablama Palatasının sədri bu əməkdaşlığın dövlət idarəçiliyinin inkişafına və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyinə inandığını vurğulayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, mühazirədə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edib.

1 /11

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.