Bütün xəbərlər
27 fevral, 18:20

Türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında II Türk İnteqrasiya Olimpiadası (TİO) keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu olimpiada türk xalqlarının "Dildə, fikirdə, işdə birlik" şüarının fərqində olmalarını və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu vasitəsilə birləşməsini hədəfləyir.

TİO, Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan "Hədəf Nəşrləri" tərəfindən təsis edilib. 14 buraxılışı baş tutan FDO-da suallar inteqrativ formatda hazırlanır, bir sualın şərtində və cavab variantlarında 2–5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.

Olimpiadanın əsas məqsədi:

• Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;

• Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

• Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

• Türk xalqlarının "İşdə, dildə, əməldə birliy"inin fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.

Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, QKTC, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauzya, Çuvaşıstan, Özbəkistan, Bolqarıstan, Başqurdustan, Altay, Tuva, Saxa, Yakutiya, Xakasiya, Qərbi Trakya, Uyğurstan, Güney Azərbaycan, Kərkük türkləri, Gürcüstan (Borçalı) və s.

Olimpiadada iştirak şərtləri:

• Hər bir türkdilli ölkə öz seçim mərhələsini təşkil edəcək;

• Seçim mərhələsində 40%-dən çox nəticə göstərən şagirdlər finalda iştirak haqqı qazanacaqlar;

• TİO-nun son qeydiyyat günü 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.

Olimpiada iki mərhələdə baş tutacaq:

Ölkə seçim mərhələsi – 06 aprel 2025-ci il tarixdə hər ölkə öz seçim turunu online şəkildə təşkil edəcək.

Final mərhələsi – 03 may 2025-ci il tarixdə Bakı şəhərində keçiriləcək.

Olimpiadada 60 dəqiqə müddətində şagirdlər 20 sualı cavablandıracaqlar. Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılacaq:

• 5 asan sual – 4 bal;

• 10 orta səviyyəli sual – 5 bal;

• 5 çətin sual – 6 bal.

Maksimum bal 100-dür.

Olimpiadanın təşkilatçıları Hədəf Şirkətlər Qrupu, TÜRKSOY, Azərbaycan Atatürk Mərkəzi, Qazaxıstan Turan Universiteti, Doğu Akdeniz Universitetidir.

Olimpiada təşkilatçıların və tərəfdaşların maliyyə dəstəyi ilə təşkil olunacaqdır.

Əlavə məlumat və qeydiyyat üçün Hədəf Olimpiada Mərkəzinin www.tio.edu.az rəsmi saytına müraciət edə bilərsiniz.

Tel: +994 77 220 03 02

1 /1

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.