Bütün xəbərlər
17 yanvar, 11:39

Teatr həm də təhsil müəssisədir. O müəssisə ki, orada yalnız tamaşalar hazırlanmır, həm də yeni aktyor və rejissorların yetişdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi mühüm funksiyalar yerinə yetirir. Bu mənada Gəncə Dövlət Milli Dram Teatrında yaradılan “İkinci nəfəs” Teatr Studiyası gənc istedadlara peşəkar səhnəyə yol açan təhsil ocağı rolunu oynayır.

Yeni teatr nəfəsi, yaradıcı gənclik və professional sənətin vəhdəti

“İkinci nəfəs” mədəniyyət nazirinin 08 avqust 2023-cü il tarixli əmri əsasında yaranıb. Studiyanın əsas məqsədi regionda teatr sənətinə maraq göstərən istedadlı gənclərin kəşf edilməsi və onları peşəkar sənətə hazırlamaqdır. 2024-cü ilin mart-aprel aylarında təşkil edilən müsabiqəyə Gəncə şəhərindən 17-35 yaşlı 54 nəfər müraciət edib. 24 nəfərin arasından şəxsi bacarıq və potensialına əsasən seçilən 12 nəfər artıq studiyanın tələbəsidir. 


“İkinci nəfəs”in rəhbəri, Gəncə Dövlət Milli Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Bürcəliyevin sözlərinə görə, seçimin bu cür az olması gənclərlə daha keyfiyyətli və hədəfli iş aparmaq məqsədindən irəli gəlir.

“Teatrın bu günün personajlarına ehtiyacı var”

“İkinci nəfəs”in fəaliyyət planı olduqca sistemli qurulub. Tələbələrə həftənin altı günü “Teatr nəzəriyyəsi”, “Dramaturgiyanın əsasları”, “Aktyor sənəti”, “Nitq mədəniyyəti”, “Vokal” və “Xoreoqrafiya” kimi fənlər tədris olunur. Bu müddət ərzində onlar təkcə nəzəri biliklərə yiyələnmir, həm də praktiki bacarıqlar qazanırlar. Müəllim heyəti isə öz sahəsində tanınmış, böyük təcrübəyə malik mütəxəssislərdir: Tədris rəhbəri, “Teatr nəzəriyyəsi” və “Dramaturgiyanın əsasları” teatrşünas-tənqidçi Anar Burcəliyev tərəfindən, “Aktyor sənəti” Əməkdar artist Ramiz Vəliyev, “Nitq mədəniyyəti” natiqlik sənəti üzrə mütəxəssislər Qənirə Abbaszadə və Ruslan Hüseynov, Vokal” və “Xoreoqrafiya” natiqlik üzrə mütəxəssis Zeynəb Abdullayeva tərəfindən tədris olunur. Bu peşəkar komanda sayəsində tələbələr teatr ənənələrinə dair dərin biliklər qazanmaqla yanaşı, müasir teatr texnikaları və aktyor oyun üslubları ilə də yaxından tanış olurlar.

Teatr sənətkarı yaradır və böyüdür…

“İkinci nəfəs” Teatr Studiyasında təkcə müəllimlər deyil, müxtəlif teatrlardan dəvət olunan qonaq səhnə ustadları da mütəmadi olaraq tələbələrlə görüşür, onlara mentorluq edirlər. Məsələn, Mingəçevir Dövlət Dram Teatrının Xalq artisti Ella Yaqubova, Gəncə Dövlət Milli Dram Teatrının Əməkdar artistləri Novruz Cəfərov və Salamulla İsmayılov, həmçinin Sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi İsrafil İsrafilov kimi tanınmış şəxslər studiyada ustad dərsləri keçiblər. Bu görüşlər gəncləri həm peşəkar səhnə ilə daha yaxından tanış edir, həm də onları teatr sənətinin incəliklərinə yiyələndirir. 

Studiyanın planlarına görə, tədris prosesi bu ilin aprel ayında yekunlaşacaq. Həmin vaxta qədər gənclər əsas fənləri mənimsəməli, il ərzində müxtəlif praktiki çıxışlar etməli və imtahanları uğurla başa vurmalıdırlar. Tədris rəhbəri Anar Bürcəliyev bildirir ki, imtahanları uğurla verən hər bir tələbəyə sertifikat-diplom təqdim edilir. Bu diplom onların Gəncə Dövlət Milli Dram Teatrında işlə təmin olunma şansını artırır:

“Əvvəlcə məqsədimiz istedadı olan gəncləri cəlb etmək idi. Sevindirici haldır ki, gənclər yeni reformalı teatr estetikasını daha yaxşı mənimsəyirlər. Bu, ümidlərimizi doğruldacağından xəbər verir. Eyni zamanda, istərdik ki, gənclər böyük səhnəyə tam hazır çıxsınlar. Amma ara-sıra müxtəlif tədbirlərdə aparıcı və ya qiraətçi kimi iştirak edərək səhnə təcrübəsi qazanmaları da nəzərimizdədir”,- deyir Anar Bürcəliyev.

Studiyanın ilk uğurları…

Artıq “İkinci nəfəs”in ilk nəticələri görünməkdədir. Tələbələrdən Elmira Həsənova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinə qəbul olub. Bu, gənc aktyorların peşəkar səhnəyə atdıqları ilk və uğurlu addımlardan biri kimi dəyərləndirilir.

Tələbə adını qazanan Aysu Kəngərli isə Bakı Dövlət Universitetində qiyabi təhsil alır. O, Cəfər Cabbarlının 125 illiyinə həsr olunmuş tədbirdə “Almaz” dramında Almaz, Elçin Məhərrəmlinin “Maralların axtarışında” pyesində isə Tıq-Tıq xanım obrazlarını ifa edərək səhnə təcrübəsi qazanıb. Aysu deyir ki, “İkinci nəfəs” ona komplekslərini aşmağı, özünü daha sərbəst ifadə etməyi öyrədib. Gələcəkdə hədəfi teatr sənəti sahəsində daha da irəli getməkdir.

Tələbə gənclər bu layihənin həyatlarında necə böyük dəyişikliklərə yol açdığından danışırlar. Ceyhun İsmayılov bildirir ki, “İkinci nəfəs” ona insanları daha diqqətlə müşahidə etməyi, hərəkət və mimikalar üzərində işləməyi öyrədib. O, artıq bir neçə tamaşada – “Nizami günləri”ndə, “Solğun çiçəklər”də, “Maralların axtarışında” çıxış edib. 

Ceyhun sonda incəsənət ocağına sevgisini belə ifadə edir: “Teatr mənim üçün müqəddəsdir, insanın və cəmiyyətin qüsurlarını əks etdirən güzgüdür. Bir sözlə, yaşasın əlahəzrət teatr!”

1 /6

Şərhlər

Xəbər lenti

31 mart, 12:58

Sabahdan məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılacaq

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.