
“OpenAI” ilk süni intellekt çipinin hazırlanmasını 2025-ci ildə tamamlayacaq
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Reuters” portalı məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, “ChatGPT” istehsalçısı yaxın bir neçə ay ərzində süni intellekt texnologiyaları üçün öz çipinin hazırlanmasını başa çatdıracaq.
Şirkətin çip tədarükü üçün “Nvidia” şirkətindən asılılığını azaltmağa çalışdığı bildirilir. İnkişaf tamamlandıqdan sonra “OpenAl Taiwan Semiconductor Manufacturing Co”da çiplərin istehsalına başlamağı planlaşdırır.
Şirkətin süni intellekt çiplərinin kütləvi istehsalına 2026-cı ildə başlaya biləcəyini təxmin edilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər