Bütün xəbərlər
6 mart, 22:33

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “İnklüzivliyə doğru növbəti addım” mövzusunda görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə ümumtəhsil məktəblərinin pedaqoji heyəti və psixoloqları iştirak edib. 

Tədbirin moderatoru, BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev giriş nitqi ilə çıxış edərək, universitetin inklüziv təhsil konsepsiyası və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışı zamanı qeyd edib ki, bu görüşlər BSU-nun 2022-ci ildən etibarən həyata keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində təşkil olunur və indiyədək Elm və Təhsil Nazirliyinin dəstəyi ilə dörd regional təhsil idarəsində analoji tədbirlər baş tutub. 

Rektor öz çıxışında pedaqoji profilli ali təhsil müəssisələrində inklüziv təhsil üzrə müəllim hazırlığının məzmununun təkmilləşdirilməsi, ümumtəhsil məktəblərində çalışan müəllimlərin inklüziv təhsil ehtiyaclarının müəyyən edilməsi və onların peşəkar bacarıqlarının artırılması istiqamətində dəstək mexanizmlərinin gücləndirilməsi kimi prioritet istiqamətləri vurğulamışdır. Həmçinin, inklüziv təhsilin təşviq edilməsi, şəbəkələşmə imkanlarının genişləndirilməsi və inklüziv cəmiyyətin formalaşdırılması prosesində ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələr haqqında bəhs edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Gültəkin Rüstəmli, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin direktoru Günay Novruzova və Heydər Əliyev adına tam orta məktəbin psixoloqu Vəfa Qasımova çıxış edərək, inklüziv təhsilin əhəmiyyəti, onun cəmiyyətin inkişafında rolu, bu sahədə mövcud vəziyyət və qarşıya çıxan çətinliklər barədə ətraflı danışıblar.

Eyni zamanda, inklüziv təhsilin təkmilləşdirilməsi, müəllimlərin bu istiqamətdə hazırlanması, inklüziv tədris mühitinin formalaşdırılması və əlçatanlığın artırılması ilə bağlı təkliflər səsləndiriblər.

Daha sonra inklüziv təhsilin mövcud vəziyyətinin dəyərləndirilməsi, regionlarda inklüziv təhsilin tətbiqi zamanı üzləşilən çətinliklər və onların həlli yollarının müəyyən edilməsi məqsədilə iştirakçılar arasında sorğular təqdim edilmişdir.

Görüş inklüziv təhsil sahəsində təcrübə mübadiləsi, perspektivlərin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.

1 /7

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.