Bütün xəbərlər
17 mart, 16:50

Gənclərin əmək bazarına erkən cəlb olunması onların gələcək karyeralarında daha yaxşı irəliləmələrinə şərait yaradır. Bu baxımdan universitetlərin nəzdində karyera mərkəzlərinin fəaliyyət göstərməsi, məzun və tələbələr üçün məşğulluq xidmətinin təşkili olduqca əhəmiyyətlidir. Karyera mərkəzlərində gənclərə əmək bazarına hazırlıqla bağlı məsələlərdə köməklik göstərilir. 

“Mərkəz universitet – iş dünyası arasında əməkdaşlığı təmin edir” 

Azərbaycan Texniki Universitetinin Karyera və Məşğulluq Mərkəzinin (KMM) müdiri Ülviyyə Rəsulova “Azərbaycan müəllimi”nə bildirib ki, mərkəz tələbələrin gələcəkdə əmək bazarına cəlb olunmasında mühüm rol oynayır: “Onlara  təcrübə imkanları, işə qəbul hazırlığı və şirkət nümayəndələri ilə şəbəkə qurma kimi dəstəklər verərək əmək bazarına hazırlayır. Tələbələrə yumşaq bacarıqlarla bağlı təlimlər keçirilir, real sektordan olan insan resurslarının əməkdaşları tərəfindən müsahibə simulyasiyaları təşkil olunur, tələbələr də öz növbəsində təcrübə, təqaüd proqramları və iş vakansiyalarından faydalanırlar. Mütəmadi olaraq tələbələr və məzunlar arasında məşğulluqla bağlı sorğular keçirilir. 2024-2025-ci tədris ilində 2500-ə yaxın məzun arasında sorğu aparılıb. Hər tədris ilinin sonunda məzunlar haqqında məlumat Dövlət Məşğulluq Agentliyinə təqdim olunur. Karyera və məşğulluq mərkəzi məzunların ilkin və cari əmək müqaviləsinə əsasən məşğulluq haqqında statistik məlumatı agentlikdən əldə edir. Dövlət Məşğulluq Agentliyinin “Məzunların Məşğulluq reytinqi” platformasına agentlik tərəfindən universitet məzunlarının məşğulluğu ilə bağlı məlumatları yerləşdirilir”. 

Ülviyyə Rəsulova qeyd edib ki, karyera və məşğulluq mərkəzinin fəaliyyət istiqamətlərinə tələbə və məzunlara məşğulluq, fərdi karyera inkişafı və peşəkar təcrübə sahələrində məlumat, bilik və səriştələrin əldə edilməsini təşkil etmək daxildir: “Texniki Universitet ilə məzunlar arasında effektiv qarşılıqlı əlaqə sistemini təşkil etmək və məzunlar assosiasiyasını koordinasiya etmək mərkəzin hədəfləri sırasındadır. Ali təhsilin bakalavriat səviyyəsində istehsalat təcrübəsinin, magistratura səviyyəsində elmi-tədqiqat, elmi-pedaqoji təcrübələrinin təşkilini və tənzimlənməsini həyata keçirmək mərkəzin fəaliyyət istiqamətləridir. Strategiyaları və tövsiyələri effektiv şəkildə uyğunlaşdırmaq üçün əmək bazarındakı mövcud  tendensiyaları və tələbləri  dərindən təhlil etmək mərkəzin fəaliyyət istiqamətlərindəndir. Ümumilikdə, karyera mərkəzinin məqsədi tələbələrin karyera planlamasına dəstək vermək, onların şəxsi keyfiyyətlərini və bacarıqlarını inkişaf etdirməkdir. Bu məqsədlə, tələbələrə özünükəşf, maraqlarını müəyyən etmə, peşəkar iş həyatına hazırlıq və əmək bazarına uyğun bacarıqların formalaşdırılması istiqamətində müxtəlif xidmətlər təqdim edilir. Həmçinin mərkəz, universitetlə iş dünyası arasında əməkdaşlıq qurulmasını təmin edir və karyera sərgilərini təşkil edərək məzunlarla universitetin əlaqələrini gücləndirir”.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində Texniki Universitetdə ESTİEM (European Students of Industrial Engineering and Management) təşkilatının gəncləri bir araya gətirən “Local Group Baku” qurumu yaradılmışdır: “Bu təşkilatla əməkdaşlıq çərçivəsində 2 tələbəmiz Porto şəhərinə ezam olunub, Azərbaycan haqqında təqdimat edib, universitet haqqında ətraflı məlumatı xarici nümayəndələrə, tələbələrə veriblər. Adıçəkilən təşkilatın nümayəndələri – prezident və vitse-prezidentləri AzTU-ya gələrək, tələbələr üçün təlimlər keçiblər. Hazırda təşkilatın 40-dan çox üzvü var. 

Tələbələr real iş mühitində təcrübə qazanaraq nəzəri biliklərini praktik bacarıqlarla birləşdirirlər. Bu proqramlara SOCAR  şirkəti tərəfindən elan edilmiş “Gənc istedadlar” proqramı, “Neqsol Holding” və Təhsilin İnkişafı Fondu tərəfindən “Parla” təqaüd proqramı, “Azerişıq” ASC tərəfindən Beyin mərkəzi -2025 layihəsi, “Synergia Academia” və FMG şirkəti tərəfindən “Təhsildən Karyeraya” layihəsi, Mərkəzi Bank tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq” müsabiqəsi, “Azergold” QSC tərəfindən elan olunmuş təqaüd proqramı və s. digər  proqramlara karyera inkişafı üçün tələbələrin cəlb olunması təmin olunub. “Azercell” MMC şirkəti ilə infosessiya təşkil edilib, 47 tələbə IT və marketinq ixtisasları üzrə təqaüd proqramına müraciət edib, şirkət tərəfindən ayrılmış 10 yerdən 2-ni AzTU tələbələri tutub. Bununla yanaşı, Gənclərin İnkişaf Karyera Mərkəzi tərəfindən “Skills Hub” silsilə proqramları həyata keçirilib, 28 tələbə aktiv olaraq proqramda iştirak edib. 

 KMM-nin əsas hədəflərindən biri də əlillik dərəcəsi olan tələbələrin karyera inkişafına dəstək olmaq və onların əmək bazarına inteqrasiyasını təmin etməkdir. Bu çərçivədə, British Petroleum (BP) ilə “Sağlamlıq imkanları məhdud şəxslər üçün iş təcrübəsi” layihəsi həyata keçirilib və AzTU-nun bir tələbəsi layihədə qalib elan olunub və hazırda BP-də uzunmüddətli iş təcrübəsi və karyera inkişafını davam etdirib. Həmçinin, DOST Agentliyi, Dövlət Məşğulluq Agentliyi və UNICEF Azərbaycanın birgə tərəfdaşlığı ilə də bənzər layihə üzrə tələbələr göndərilib, 2 tələbə aktiv olaraq layihə üzvləridir”. 

“Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən AzTU-nun 2 tələbəsinə bir il boyunca mentor təyin olunduğunu deyən Ü.Rəsulova vurğulayıb ki, bu çərçivədə tələbələr karyera planlaması, iş müsahibələri, iş dünyasının tələbləri və digər peşəkar mövzularda məsləhətlər ala bilirlər. Mentorların təqdim etdiyi praktiki biliklər və təcrübələr tələbələrin gələcək karyera yollarını daha effektiv planlaşdırmalarına şərait yaradır.

“Karyera mərkəzi mənə təcrübə proqramına qatılmağa şans yaratdı”

Azərbaycan Texniki Universitetinin IV kurs tələbəsi Həsən Səfiyev karyera mərkəzinin xidmətlərindən yararlanan tələbələrdən biridir. “Nəqliyyat və logistika texnologiyalarının mühəndisliyi” ixtisasında təhsil alan Həsən Səfiyev deyib ki, aktiv tələbə olduğuna görə karyera mərkəzi onunla əlaqə saxlayıb: “Karyera mərkəzi mənimlə əlaqə saxlayaraq, DOST Agentliyi ilə bir təcrübə proqramına qatılmağım üçün şans yaratdı. Mən ilk dəfə  təcrübə proqramına qatıldım. Çox məhsuldar təlimlər keçdik, seminarlarda iştirak etdik. Müxtəlif mexanizm üzrə fəaliyyət göstərən şirkətlərlə layihələrə qatıldıq. Bu kimi təcrübələr dünyagörüşün artırılması baxımından da tələbələrə fayda verir. DOST Agentliyinin köməyi ilə SOCAR-ın təcrübə proqramına qatıldım və hazırda da universitetin təşəbbüsü ilə təcrübə keçirəm. Düşünürəm ki, yaxşı ki, universitetin karyera mərkəzi mənə təcrübə proqramına qatılmağa şans yaratdı və öz növbəmdə bundan yaxşı cəhətdən istifadə etdim”.

Həsən Səfiyev onu da vurğulayıb ki, 2-ci qrup əlilliyi olduğundan DOST Agentliyi problemli uşaqlarla təcrübə proqramı apardığından karyera mərkəzi onu da diqqətdə saxlayıb.

Şərhlər

Xəbər lenti

25 aprel, 09:33

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başlayır

24 aprel, 20:56

Azərbaycanlı tələbənin çəkdiyi rəsm 15 min dollara satıldı

24 aprel, 20:20

Çin astronomları qalaktikada qeyri-adi obyekt aşkar ediblər

24 aprel, 19:00

Süni intellekt aritmiya riskini əvvəlcədən müəyyən edə biləcək

24 aprel, 18:17

Ədliyyə Akademiyasında Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

24 aprel, 18:02

“Qrafik dizayner” ixtisası üzrə qısamüddətli təlimlər davam edir

24 aprel, 17:16

NDU-da II Respublika elmi konfransı keçirilib

24 aprel, 17:10

“Qədim yurd yerlərimiz, söykökümüz - Aşıq Ələsgər” adlı tədbir keçirilib

24 aprel, 17:06

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

24 aprel, 17:05

Region məktəblərində iqlim dəyişikliyi ilə bağlı təlimlər keçirilib

24 aprel, 17:01

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

24 aprel, 16:55

Dövlət Proqramı iştirakçısı beynəlxalq tədbirdə çıxış edib

24 aprel, 16:55

BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib

24 aprel, 16:37

Azərbaycanda PISA qiymətləndirməsi tam elektronlaşdırılacaq

24 aprel, 16:32

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub

24 aprel, 16:14

697 məktəbdə summativ qiymətləndirmə elektron formada keçirilib

24 aprel, 15:41

“Qərbi Azərbaycan toponimləri: milli kimliyin izləri” mövzusunda görüş keçirilib

24 aprel, 15:26

Fərqli dillərdə təhsil alan şagirdlər mayın 4-də imtahan verəcəklər

24 aprel, 15:23

Elektron jurnaldan istifadə edən məktəblərin sayı açıqlanıb

24 aprel, 15:17

Rektor elmi-tədqiqat təcrübəsi keçən qazaxıstanlı tələbələrlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.