Bütün xəbərlər
3 iyun, 10:39

Kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.

“Azərbaycan müəllimi” “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Hesabata əsasən, ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, ən yüksək nəticə, əsasən, birbaşa Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur.

Fənlər üzrə şəhər və rayon təhsil sektorlarının göstəricilərinin təhlilindən aydın olur ki, kənd rayonlarının bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.

Belə rayonlara misal olaraq Cəbrayıl, Ağdaş, Salyan, Qubadlı, Qəbələ, Tovuz, Bərdə, İsmayıllı, Culfa, Ordubad, Şəki, Masallı, Göyçay, Cəlilabad, Saatlı, İmişli, Neftçala, Ağstafa, Gədəbəy, Yevlax, Yardımlı, Zaqatala, Füzuli və Şərur rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar.

Məsələn, keçən il Bakı şəhəri üzrə məzunların 92,19 %-i, Sumqayıt şəhəri üzrə 94,14 %-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə (Qubadlı, Ordubad, Cəbrayıl, Şərur, Culfa, Tovuz, Ağdaş və Ağstafa rayonları istisna olmaqla) isə məzunların ən yaxşı halda 69-84 %-i ali təhsil müəssisələrinə sənəd verib.

Azərbaycan bölməsində ana dili və riyaziyyat fənləri üzrə İsmayıllı rayonunun, ədəbiyyat fənni üzrə Gədəbəy rayonunun, fizika fənni üzrə İmişli rayonunun, kimya fənni üzrə Bərdə rayonunun, biologiya fənni üzrə Sumqayıt şəhərinin, tarix fənni üzrə Ağstafa rayonunun, coğrafiya fənni üzrə Saatlı rayonunun, informatika fənni üzrə isə Qəbələ rayonunun abituriyentləri üstünlük əldə edib.

Rus bölməsi abituriyentlərinin böyük əksəriyyətini Bakı, Mingəçevir, Sumqayıt və Gəncə şəhərlərinin məzunları təşkil etdiyindən yüksək göstəricilər də bu şəhərlər arasında paylanıb.

Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir. Onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodik mərkəzlərin və mütəxəssislərin ümdə vəzifələrindən biri olmalıdır. Bundan bütövlükdə respublikanın təhsil sistemi qazanar.

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.