Bütün xəbərlər
14 fevral, 09:39

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının 2025-ci ildə ilk iclası keçirilib. 

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Bildirilib ki, Elmi Şuranın sədri, LDU-nun rektoru Natiq İbrahimov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Şurada müzakirə edilən ilk məsələ “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” olub. Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən Zaur Məmmədov məlumat verib. Məlumatda ayrı-ayrı fakültələr və ümumilikdə universitetdə imtahanların nəticələri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib.

Elmi Şuranın gündəliyinə çıxarılan ikinci məsələ - “Universitet tələbələrinə pedaqoji və istehsalat təcrübəsinin təşkili haqqında” məlumatı da tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən Zaur Məmmədov təqdim edib.

“LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” barədə kollecin direktoru Leyla İbrahimova məlumat verib.

Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində son aylarda görülən işlər haqqında şura üzvlərini elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev məlumatlandırıb. Bildirib ki, dünyanın müxtəlif ali təhsil müəssisələri ilə LDU arasında yeni əməkdaşlığın yaradılması, eyni zamanda, mövcud əlaqələrin genişləndirilməsi, həmin ali təhsil müəssisələrində fəaliyyət göstərən alimlərin Lənkəran Dövlət Universitetinin elmi jurnallarının redaksiya heyətlərinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və beynəlxalq elmi konfransların, müəyyənləşdirilmiş ixtisaslar üzrə ikili diplom layihələrinin həyata keçirilməsi məqsədilə Avropanın, Türkiyənin və MDB ölkələrinin bir çox nüfuzlu ali təhsil müəssisələrinə işgüzar səfərlər həyata keçirilib.

Universitet əməkdaşlarının əmək və icra intizamına riayət etməsi vəziyyəti ilə bağlı baş elmi katib, aparat rəhbəri Allahşükür Quliyevin məlumatı dinlənilib.

Elmi Şurada cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə qərar qəbul edilib.

1 /3

Şərhlər

Xəbər lenti

10 may, 10:30

“10 mayda 10 bağça” - LARTİ-dən maraqlı təşəbbüs 

10 may, 10:16

Abidədən dərs otağına qədər - Heydər Əliyev adına məktəbdən reportaj

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.