Bütün xəbərlər
30 yanvar, 12:53

"Azərbaycan müəllimi" qəzeti, 12 iyul 2002-ci il, №28 

Azərbaycan məktəblərində psixoloji xidmətin əmələ gəlməsi 80-ci illə-rin əvvəllərinə təsadüf edir. Onun tarixi nə qədər qisa olsa da, fərəhli nailiy-yətlərlə əlamətdardır. Bu nailiyyətlərin önəmli elmi-metodoloji şərtləri vardı. Respublikamızda pedaqoji psixologiya sahəsində mühüm uğurlar əldə edilmiş, Azərbaycan psixoloqları ölkənin böyük maarifçilik ənənələrindən məharətlə bəhrələnərək təlim və tərbiyənin aktual psixoloji problemləri sahəsində maraqlı tədqiqatlar aparmışdılar. Qabaqcıl müəllimlər psixologi-yanın məktəb təcrübəsi üçün əhəmiyyətini bütün aydınlığı ilə dərk edirdilər. Elmi-texniki tərəqqi dalğasında psixologiyada praktik istiqamət xüsusilə güclənirdi. 

80-ci illərin əvvəllərində Bakı məktəblərində psixoloji xidmət sahəsinde ilk eksperimentlər aparılmağa başlandı. Bakı eksperimentləri çərçivəsində bəzi məktəblərdə qeyri-ənənəvi bir ştat - psixoloq statı əmələ gəldi. Bəlkə də, 50-ci illərdə bu, praktik psixoloqların məktəbdə müəllimlərlə çiyin-çiyinə fəaliyyət göstərməsi ağlasığmaz görünərdi, 80-ci illərdə isə praktik psixoloq dövrün psixoloji reallığı kimi məktəb həyatına nüfuz etməye basladı. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafed-rası Bakı eksperimentlərini dövrün tələbi kimi qiymətləndirirdi və onların taşkilatçısına Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutuna (kabinet müdiri L.İsmayılova) metodik aspektdə hər vasitə ilə kömək göstərirdi. Psixoloji xidmət sahəsində axtarışlar kafedranın fəaliyyətində prioritet istiqamət kimi önəmli yer tuturdu. 

90-ci illərin əvvəllərində Azərbaycan təhsil müəssisələrində psixoloji xidmətin inkisafi sahəsində ikinci mərhələ başlandı. Respublika Təhsil Nazirliyi psixoloji xidmət haqqında Osasnamə qəbul etdi. Bakının bəzi məktəblərində artiq ilk prakti psixoloqlar səmərəli foaliyyət göstərirdi. Onlar psixoloji maarifləndirmə, psixokorreksiya, psixodiaqnostika, psixoloji konsultasiya sahəsində ilk fərəhli nailiyyətlər əldə etmişdilər. Bakı şəhəri MTİ (indiki Bakı şəhəri PKİ və YHİ) respublikada praktik psixologiyanın elmi-metodik mərkəzinə çevrilmişdi. İnstitutda praktik psixoloqların elmi-metodik seminarlarnın və "dəyirmi masa"ların təşkili sahəsində önəmli ənənə yaranmışdı. İnstitutun direktoru İ.Məmmədov Azərbaycan praktik psixoloqlarının tecrübəsi kökündə yeni bir ideyanı-fasiləsiz psixoloji təhsil ideyasını əsaslandırdı və elmi-metodik istiqamətdə açıqladı. 

Bu gün artıq praktik psixoloqlar nəinki Bakı məktəblərində, həm de respublikanın kənd rayonları məktəblərində fəaliyyət göstərir. Respublika-nın Təhsil Nazirliyi təhsil müəssisələrində psixoloji xidmət şəbəkəsinin yaradılmasına gündəlik qayğı göstərir. 

XXI yüzilliyin əvvəllərində Azərbaycanda praktik psixologiyanın inki-şafinda yeni mərhələ başlayıb. Bu mərhələnin vəzifələri, problemləri və perspektivləri seçimlidir. 

Məktəbəqədər və məktəbyaşlı uşaqların psixi və psixoloji sağlamlığının təmin edilməsi təhsil sahəsində psixoloji xidmətin əsas məqsədi hesab olunur. Psixi sağlamlıq və psixoloji sağlamlıq görünməz tellərlə bir-birile bağlı olsa da, onlardan hər birinin özünün xüsusiyyəti var. L.V.Dubrovinanın qeyd etdiyi kimi, "psixi sağlamlıq" termini elmin və praktikanın iki sahəsini - təbabət və psixologiyanı bir növ əlaqələndirir. Məktəb şəraitində məsələ-nin özünəməxsus xüsusiyyətləri var: uşaqların psixi sağlamlığının təmin edilməsi, ilk növbədə, onların inkişafinda müxtəlif psixoloji pozğunluqlarn qarşısının alınmasını nəzərdə tutur. Bu məsələni həll etmək üçün psixoloji xidmət klinik psixologiyanın uğurlarına söykənməlidi. 

Psixoloji sağlamlığın nüvəsi isə uşaqların psixososial inkisafi ilə bağlıdır Praktik psixoloqlar bu məsələnin həllində əsasən uşaq psixologiyasının, pedaqoji psixologiyanın və sosial psixologiyanın uğurlarından bəhrələnirlər, la-kin psixi sağlamlığın təmin olunmasında klinik psixologiyanın əhəmiyyətini onlardan asılı olmayan səbəblərə görə dəyərləndirmirlər və öz təcrübələrində, bir qayda olaraq, ona əsaslanmırlar. Hətta klinik psixologiya termini hələ bizim praktik psixoloqların gündəliklərinə daxil olmayıb. Onların iş təcrü besində prioritet sahə ancaq psixoloji sağlamlığın təmin edilməsi olub, halbuki ou gün, stres əsrində psixi sağlamlığın təmin edilməsi son dərəcə aktuallaşıb Klinik psixologiya təbabət və psixologiyanın qovşağında əmələ gəlib Onun özünəməxsus sahəsi kimi klinik uşaq psixologiyası formalaşıb. Klinik sixologiya təbabət praktikasında xəstəliklərin diaqnostikasında, müalicə sində və profilaktikasında psixoloji qanunauyğunluqlar haqqında biliklərdən istifadə edir. "Xəstəliklər" sözünə diqqət yetirin. Klinik psixologiyanı bu ölçülərlə məktəb təcrübəsinə, normal uşaqların psixi sağlamlığının təmin olunmasına, sübhəsiz ki, qeydsiz-şərtsiz tətbiq etmək absurddur. 

Son zamanlar müxtəlif elm sahələrinin - sosial təbabət, səhiyyənin gigi-yenası və təşkili, tibbi ekologiya, epidemiologiya və s. təsiri ilə klinik psixo-logiyada yeni aspektlər-ailənin, tədris və istehsalat kollektivlərinin, etnik və başqa sosial qrupların tibbi-psixoloji problemləri əmələ gəlməyə başlayıb. Psixoloji xidmət sahəsinə klinik psixologiyanı ancaq və ancaq bu variantda gə-tirmək lazımdır. Bir tərəfdən, praktik psixoloqlar tədris kollektivlərinin tibbi-psixoloji problemləri ilə yaxından tanış edilməli, digər tərəfdən klinik psixologiya üzrə mütəxəssislərin hazırlanması üçün təsirli tədbirlər müəyyən edilməlidir. 

Bir məsələni də xüsusilə qeyd etmək lazımdır. Təhsildə psixoloji xidmə-tin dörd aspektini və ya tərkib hissəsini- elmi, tətbiqi, praktiki və təşkilat aspektləri fərqləndirirlər. Bu aspektlər vəhdət təşkil edir, onların nəticəsi bir-birindən bilavasitə asılıdır. Xüsusilə elmi aspekt aşağı səviyyədə olanda psixoloji xidmət təcrübəsində formalizm halları artıq aydın nəzərə çarpır. Psixoloji xidmətin elmi, tətbiqi, praktik və təşkilati aspektlərinin hamısının bir ana xətti var. Onlardan hər birinin kökü məhz psixoloji biliklərin məktəb tocrübəsinə tətbiqi ilə bağlıdır.

Elmi aspektdə aparılan araşdırmaların akademik araşdırmalardan fərqi də, ilk növbədə, onların yalnız və yalnız tətbiq yönümü ilə şərtlənir. Müasir şəraitdə təhsil sistemində psixoloji biliklərin elmi-metodik səviyyədə tətbiqinin üsul və vasitələrinin müəyyənləşdirilməsi onun başhıca vəzifələrindən biridir.

Psixoloji xidmətin metodoloji və nəzəri problemlərinin elə praktik kontekstdə araşdırılmasi elmi aspektin başlıca məqamını təşkil edir. Praktik psixologiyanın elmi-metodik səviyyəsinin yüksəldilməsi məhz bu problemlərin sistemli öyrənilməsini zəruri surətdə tələb edir. Müasir şəraitdə, xüsusilə təhsil sahəsində praktik psixologiyanın texnologiyası məsələlərinin araşdırılması xüsusi əhəmiyyət kəsb edir. 

I.V.Dubrovinanın fikrincə, praktik psixoloqların vəzifəsi "uşaqlarla, qruplarla və siniflərlə, tərbiyəçilərlə, müəllimlərlə, valideynlərlə bu və digər konkret problemin həlli üçün işləməkdən ibarətdir". 

Praktik psixoloqun vəzifələri, hər şeydən öncə, ikivektorludur. Birinci  vektor"Uşaqlarla, qruplarla və siniflərlə iş"sahəsindədir. Praktik psixoloqun bu sahədəki işinin xüsusiyyətləri psixoloji ədəbiyyatda (məsələn, bax: "Prak-tiçeskaya psixologiya obrazovaniya", Moskva, 1997, səh. 58-84) nisbətən aydın təsvir olunub. Məktəblərdə də bu sahədə maraqlı iş təcrübəsi əldə edilib. Lakin çatışmazlıqlar da az deyil. Psixoloji maarifin məzmunu sistemi açıqlanmayıb. Psixoloji pedaqoji konsiliumun texnologiyası təhlil olunma-yıb. Klinik psixologiyaya laqeyd münasibət ucbatından psixoloji profilaktika, korreksiya və konsultasiya təcrübəsi peşə ölçüləri ilə çox vaxt səsləşmir Psixoloji diaqnostikada verilən testlərin genişləndirilməsi meyli çox güclüdür. Halbuki onların çoxu modifikasiya olunmayıb. Azərbaycan mədəniy-yəti kontekstində təhlil olunmayıb, başqa sözlə, özününküləşdirilməyib. 

Şübhəsiz ki, bu məsələləri hər hansı praktik psixoloq təkcə öz təcrübəsi çər-çivəsində həll edə bilməz. Onlar ancaq və ancaq praktik psixologiyanın meto-doloji və nəzəri problemlərinin tədqiqi əsasında açıqlana bilər və açıqlanmalıdır. 

İkinci vektor "tərbiyəçilərlə, müəllimlərlə, valideynlərlə iş" sahəsidir. Psixoloji xidmətin təşkilində məktəb direktorlarının və menecerlərin rolu əvəzsizdir. Bu sahədə önəmli təcrübəsi ilə seçilən məktəb direktorları az deyil. Təəssüf ki, məktəb direktorlarının bir çoxu psixoloji xidmətin əhəmiyyətini müasir ölçülərlə dəyərləndirmir, məktəbin aktual problemlərlə rastlaşdığı bir şəraitdə ona epifenomen kimi baxır və köklü səhvə yol verir. Halbuki psixoloji xidmətin səmərəliliyi hər şeydən öncə, məktəb direktorunun psixoloji (pedaqoji) konsepsiyaya malik olub-olmamasından bilavasitə asılıdır Psixoloji xidmət məktəbin arxitekturasında önəmli yer tutmalıdır. Məktəbdə praktik psixoloqun səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradılmalıdır. Pedaqoji şuralarda ayr-ayrı məsələlər müzakirə olunarkən praktik psixoloqun rəyi ekspert qiymətləri kimi dəyərləndirilməlidir. Məktəbdə praktik psixoloqun imicinin yaradılmasında məhz məktəbin direktoru və onun müavinləri əsas rol oynamalıdırlar. 

Mütəxəssislərin fikrincə, gözlərimizin qarşısında "Məktəb həyatının psixolojiləşməsi" prosesi başlanmışdır. Bu, təhsildə yeni eranın - inkişafetdirici və tərbiyəedici təlim erasının, şəxsiyyət yönümlü təlim erasının başlandığını göstərir. 

Əbdül ƏLİZADƏ, 
Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, 
psixologiya elmləri doktoru, professor

Xəbər lenti

30 yanvar, 22:34

Bakı və ətraf ərazilərdəki təhsil müəssisələrində iş qrafiki dəyişəcək

30 yanvar, 21:28

Paytaxtdakı təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək

30 yanvar, 21:25

Bakıda məktəb avtobuslarından istifadəyə başlanılacaq

30 yanvar, 18:15

Nazirlik: Doktorantura təhsilinin birpilləli sistemə keçirilməsi müzakirə edilir

30 yanvar, 17:40

Bu il Ayda ilk data mərkəzi yaradılacaq

30 yanvar, 17:24

“Yenidən təhsil alsam, seçimim yenə də SABAH olardı” – Tələbələrlə söhbət 

30 yanvar, 17:14

XXI əsrin təhsili və müasir dünya tələbləri 

30 yanvar, 16:55

Təhsil françayzinqi nədir?

30 yanvar, 16:45

Ənənəvi təhsil metodları və müasir yanaşmalar

30 yanvar, 16:39

Əlilliyi olan tələbələrin universitetə hazırlığının artırılması yolları

30 yanvar, 16:20

Ev tapşırığını kim etsin: şagird, yoxsa süni intellekt?

30 yanvar, 15:52

Olimpiadada sualları səhvsiz yazacağıma inanırdım - Region birincisi 

30 yanvar, 15:50

“Müəllimlər, psixoloqlar və digər təhsil işçiləri kiberzorakılıqla bağlı məlumatlı olmalıdırlar”

30 yanvar, 15:40

Çankaya Universitetinin prorektoru ADPU-da olub

30 yanvar, 15:35

Təhsilin ömrü nə qədər uzatdığı hesablanıb

30 yanvar, 14:40

18 nömrəli məktəbdə yeni antibullinq layihəsi tətbiq ediləcək

30 yanvar, 14:27

Elm və təhsil naziri Qvineya Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

30 yanvar, 14:02

Naxçıvanda kimya dərsi: “Firon ilanı”, “Nilin qana bulanması”… – MÜSAHİBƏ

30 yanvar, 13:20

Latviyada şagirdlərin şəxsi əşyaları yoxlanılacaq

30 yanvar, 13:10

Universal dizaynın inteqrasiyası ilə inklüziv siniflərin yaradılması

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.