
Bakı şəhərindəki 307 nömrəli tam orta məktəbin X sinif şagirdləri Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, şagirdlər Heydər Əliyev Muzeyi, Heydər Əliyev lektoriyası, Elmi Kitabxana, “Zəfər tarixi” lektoriyası, Genetika və təkamül muzeyində olublar.
Şagirdlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.
Sonda tələbələr BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə də tanış olublar.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər