Bütün xəbərlər
14 yanvar, 09:43

Səbail rayonunun 136 saylı tam orta məktəbinin şagirdləri akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar.

Bu barədə “Azərbaycan müəllimi”nə institutdan məlumat verilib. Bildirilib ki, institutun elmi şöbələri ilə tanış olan coğrafiyasevərlər Tibbi coğrafiya şöbəsinin müdiri Solmaz Rzayevanın bu sahə üzrə görülən işlər barədə məlumatını maraqla dinləyiblər.

Sonra tədbir akt zalında davam edib. Qonaqları salamlayan baş direktor professor Zakir Eminov bildirib ki, institut alimləri mütəmadi olaraq orta məktəb şagirdləri ilə görüşlər keçirir, onları maraqlandıran mövzular ətrafında söhbətlər aparır, şagirdlərdə coğrafiya elminə marağın artmasına çalışırlar.

Məktəbliləri institutun fəaliyyəti ilə tanış edən baş direktor elmi müəssisənin tədqiqat sahələri, görülən işlər və  əldə edilmiş nailiyyətlər, coğrafiya elmindəki yeniliklər, coğrafiya elminin korifeyləri və müxtəlif illərdə İnstituta rəhbərlik etmiş coğrafiyaçı alimlər, ətraf mühit və onun qorunması, noyabr ayında Azərbaycanda keçirilmiş COP29 tədbirinin ölkəmiz üçün əhəmiyyəti, orada müzakirə olunan məsələlər, iqlim dəyişiklikləri, Xəzərin problemləri və s. bu kimi mövzulara toxunub.

Rəhbərlik və öz adından Zakir Eminova təşəkkür edən məktəbin müəllimləri İradə Gözəlova və İradə Hüseynova  görüşdən məmnun qaldıqlarını və analoji tədbirin məktəbin digər şagirdləri ilə də keçirilməsinin arzuolunan olduğunu dilə gətiriblər.

1 /5

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.