Bütün xəbərlər
15 mart, 20:25

Kodlaşdırma və süni intellekt sahəsində biliklərini sınamaq, oyun dizaynı istiqamətində bacarıqlarını nümayiş etdirmək istəyən məktəblilər üçün Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə start verilir.

"Azərbaycan müəllimi" müsabiqədə iştirak etmək istəyənlər üçün hakatonla bağlı ən çox verilən sualların cavablarını təqdim edir.

Hakatonda kimlər iştirak edə bilərlər?

Bu müsabiqədə 5-11-ci sinif şagirdləri iştirak edə bilərlər. 

Hakatonda iştirak məktəblilər üçün hansı fürsətləri yaradacaq? 

Hakaton kodlaşdırma üzrə yarış olmaqla yanaşı, şagirdlər üçün texnologiya aləminə açılacaq bir qapıdır. İştirakçılar
– İT sahəsində istedadını kəşf edə;
– Bu sahənin mütəxəssislərinin təcrübələrindən faydalanaraq ustad dərslərdə və mühazirələrdə iştirak edə;
– “Rəqəmsal bacarıqlar” siniflərə qəbul olmaq üçün imkan qazana bilərlər. 

Bu imkan isə 8 və 9-cu sinif şagirdləri üçün nəzərdə tutulub.

Hakaton hansı mərhələlərdən ibarətdir?

Hakaton 5 mərhələdən ibarətdir. Hər mərhələ şagirdlərə yeni biliklər qazanmaq üçün şans, istedadlarını göstərmək üçün mükəmməl fürsətdir: 
– Qeydiyyatdan keçən namizədlər ilkin test tapşırıqlarını uğurla yerinə yetirməlidirlər;
– Qeydiyyat mərhələsində tapşırıqları uğurla yerinə yetirən 15 000 məktəbli I mərhələ olan olimpiadanın seçim mərhələsinə vəsiqə qazanacaq;
– I mərhələdə uğurlu nəticə göstərən 2250 şagird olimpiada mərhələsinə keçid şansı əldə edəcək;
– Hakaton mərhələsində əyani formatda 4 region və Bakıda şagirdlər komandalar şəklində yarışacaqlar;
– Uğurlu nəticə əldə edən 120 şagird isə Bakıda əyani final mərhələsində iştirak edəcək.

Müsabiqədə hansı mövzulardan tapşırıqlar veriləcək?

Müsabiqədə aşağıdakı mövzular üzrə tapşırıqlar veriləcək:
– Riyazi məntiq;
– Alqoritmləşdirmə;
– Python; 
– Veb inkişafı;
– Proqramlaşdırma;
– AI tətbiqi;
– Verilənlərlə işləmək;
– Komanda layihələrinin inkişafı;
– Sistem idarəsi.

Hakatonda iştirak edən şagirdlər hansı bilik və təcrübələri qazanacaqlar?

Hakaton çərçivəsində hər mərhələdə müxtəlif istiqamətlər üzrə testlər təşkil ediləcək, maarifləndirici və əyləncəli tapşırıqlar yerinə yetirəcəklər:
– Şagirdlərin rəqəmsal bacarıqlarını qiymətləndirmək məqsədilə təşkil olunacaq rəqəmsal bacarıqlar testi məntiq, alqoritmlər, proqramlaşdırma, modelləşdirmə, kompüter savadlılığı sahələrini əhatə edəcək.
– Şagirdlər alqoritmik düşünmə testində hədəfə çatmaq üçün alqoritmlərin yaradılması üzrə interaktik tapşırıqlar vasitəsilə alqoritmik düşünmə bacarıqlarını yoxlaya və proqramlaşdırma sahəsindəki əsas biliklərini qiymətləndirə biləcəklər.
– Süni intellektin gündəlik həyatda və biznes sahələrində tətbiqi üzrə asinxron test şagirdlərə süni intellektin tətbiqi sahələrindəki biliklərini ölçməyə imkan verəcək. 
– İnformasiya təhlükəsizliyi üzrə kvestdə isə şagirdlər informasiya təhlükəsizliyi sahəsində biliklərini inkişaf etdirmək və internetdə qarşılaşdıqları təhlükələri tanımaq və onlara qarşı mübarizə aparmaq imkanı əldə edəcəklər.

Müsabiqədə fəal iştirak edən şagirdlər üçün III mərhələ 5 müxtəlif regionda təşkil ediləcək. Bu mərhələlərdə iştirakçılar üçün onların bilik və bacarıqlarının inkişafına töhfə verən maarifləndirici sessiya və seminarlar təşkil olunacaq. Əyani final mərhələsi isə Bakıda baş tutacaq. Məktəblilər müsabiqənin sonunda qiymətli hədiyyə və sertifikatlar, ən əsası, unudulmaz təcrübə qazanacaqlar.

Hakatonda iştirak üçün haradan qeydiyyatdan keçmək lazımdır?

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində təhsil alan şagirdlər layihənin platforması üzərindən, digər şagirdlər isə codehour.edu.az saytı üzərindən asanlıqla qeydiyyatdan keçə və ilkin mərhələ üzrə test tapşırıqlarını işləyə bilərlər.

Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi 19 martdır.

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.