Bütün xəbərlər
18 yanvar, 10:50

Azərbaycan məktəbliləri yanvarın 13-dən 17-dək Astanada keçirilən riyaziyyat, fizika və informatika üzrə XXI Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO 2025) iştirak ediblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, olimpiadanın iki turunun yekunlarına görə, azərbaycanlı iştirakçılar bir qızıl və yeddi bürünc medal qazanıblar.

Belə ki, informatika fənni üzrə Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Tahir Əliyev, Bakı Türk Anadolu liseyinin X sinif şagirdi Əhməd Qəmbərli, Bakı şəhəri Ankara-məktəb liseyinin XI sinif şagirdi Əli Əliyev bürünc medala,  riyaziyyat fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov bürünc medala, fizika fənni üzrə Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Raiq Babazadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli bürünc medala layiq görülüb.

Olimpiadada ümumilikdə 15 ölkədən 700-dən çox məktəbli iştirak edib. Beynəlxalq münsiflər heyəti tərəfindən tərtib edilmiş məsələlər ixtisas siniflərinin proqramına uyğun olub.

Beynəlxalq Jautıkov Olimpiadası 2005-ci ildən Qazaxıstan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Olimpiadanın məqsədi şagirdlər arasında fizika-riyaziyyat elmlərini təbliğ etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, müxtəlif ölkələrin ixtisaslaşmış məktəbləri arasında dostluq münasibətləri qurmaq, təcrübə mübadiləsi aparmaqdır.

Şərhlər

Xəbər lenti

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.