Bütün xəbərlər
10 mart, 11:10

“Mən dünyada müəllimdən yüksək ad tanımıram” 
Heydər Əliyev, Ümummilli Lider

Ey hörmətli müəllim, 
Hər könüldə yerin var. 
Hər kənddə, hər şəhərdə 
Sənin meyvələrin var. 

Əkdiyin ağacların 
Gülü, çiçəyi solmaz. 
Dünyada sənin kimi 
Barlı bağban tapılmaz. 

Böyük şairimiz Bəxtiyar Vahabzadənin bu şeirini 5 yaşımda təsadüfən öyrənmişəm. 1985-ci ildə Müşviqabad qəsəbəsində 274 nömrəli məktəbin açılışında 1-ci sinfə gedəcək bacım bu şeiri deməliydi. Atam ona bu şeiri öyrədəndə kənarda oyuncaqlarımla oynayərkən özüm də fərqinə varmadan təkrar edə-edə əzbərləmişdim. Ötən 40 ildə bu şeiri heç unutmadım, əksinə çox vaxt öz-özümə təkrar etdim. Sonuncu sinif rəhbərimiz Nəzakət müəllimin nömrəsinə bu yaxınlarda zəng edərkən qeyri-ixtiyari bu şeiri pıçıltı ilə təkrarladım. Həyəcandan ürəyim az qala yerindən çıxacaqdı. Zarafat deyil, 29 ildən sonra ilk dəfə səsini eşidəcəkdim. Bu illər ərzində onu çox axtarmışdım. 

Onu görmək istəyim məni tərk etmirdi. Çünki Nəzakət müəllimə bir vəfa borcum vardı…

Nəzakət müəllim bizə dərs deməsə də, 10-cu və 11-ci siniflərdə sinif rəhbərimiz olmuşdu. Bir dəfə də olsun bizi tək buraxmadı, həmişə müdafiə etdi. Çünki dəcəl olsaq da, dərslərimizi yaxşı oxuyurduq.

Universitetə qəbul olanda bu şad xəbəri valideynlərimdən əvvəl ilk Nəzakət müəllimə verdim. O səhnə heç vaxt yadımdan çıxmaz. Övladın uğuruna yalnız analar belə sevinə bilərdi.

Ali məktəbi bitirəndən sonra isə bu dəfə də əziz müəllimimi tapa bilmədim. Nəzakət müəllim çoxdan şəhərə köçmüşdü. Çox axtardım Nəzakət müəllimi, çox.... 

Və təsadüfən Nəzakət müəllimin vaxtilə qonşusu olmuş Zəminə müəllim ilə rastlaşmağım onu tapmağıma vəsilə oldu. Nömrəni alan kimi zəng elədim: “Alo, eşidirəm!” İlahi həmin səs!!! Bizə zaman-zaman əsəbiləşən, lakin istənilən situasiyada, hətta haqlı olmadığımız halda bizi müdafiə etməkdən çəkinməyən həmin Nəzakət müəllimin zərif, doğma, əziz səsi! Elə bil telefonla danışa-danışa o sinif otağına getdim, şuluqluq saldım, Nəzakət müəllimin təəccüblü baxışları altında bəhanələr uydurdum, özümü təmizə çıxarmaq üçün məntiqi, nöqtəsi, vergülü olmayan sınıq-salxaq cümlələr işlətdim... O da əsəbindən “ağzının qırağını sil” dedi, uşaqlarımız gülüşdü və onun hirsi soyudu…

Nəzakət müəllim danışırdı, sual verirdi, mən cavablandırırdım. Sehirlənmişdim. Aradan 29 il keçməsinə baxmayaraq bütün sinif yoldaşlarımı bir-bir soruşdu. Onu ən çox sevindirən sinif yoldaşlarımdan Arzunun, Sevdanın, Yeganənin, Veneranın, Mahirənin, Aynurənin, Vüsalənin və Ceyhunun da onun kimi müəllim peşəsinə üz tutması oldu, qürurlandı. 

Sən demə, Bakıda 93 nömrəli məktəbdə tarix müəllimi işləyirmiş. Həmin məktəbin yaxınlığından o qədər keçib getmişəm ki… 

Əziz müəllimim, sizinlə son görüşümüzdən çox illər keçib. Amma özümü hələ də sizin şagirdiniz kimi hiss edirəm. Bu illər ərzində qazandığım uğurlarda ilk sizi axtarıb sevincimi  bölüşmək istəmişəm. Bəzən yaxşı bir iş görəndə, eynən sizin etdiyiniz kimi, “afərin” kəlməsini eşitməyi çox arzuladım bu illər ərzində. Əminəm ki, çox sevinəcəkdiniz. Siz bir şagirdinizi tapmısınız. Amma mənim sevincim daha böyükdür: Həm Nəzakət müəllimimi tapmışam, həm də Nəzakət anamı! 

İltifat HACIXANOĞLU

1 /1

Şərhlər

Xəbər lenti

2 iyul, 09:47

Bahar Muradova: Gənc qadın alimlərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir

2 iyul, 09:44

Peşə məktəblərinin müəllimləri Belarusda təlim keçiblər

2 iyul, 09:41

Elm və təhsil naziri İtaliyanın ölkəmizdəki səfiri ilə görüşüb

2 iyul, 09:40

Düzgün peşə seçimi: Karyera yolunu planlı cızanlar 

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.