Bütün xəbərlər
7 may, 11:37

“4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”da vətəndaşlar daha çox süni intellekt və data elmi sahələrinə aid təlimlərə müraciət edirlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbüsü ilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində bu günədək 7500 istifadəçi “Coursera” onlayn təhsil platformasında təlimlərdən yararlanıb.

İstifadəçilər ümumilikdə 40 min təlimə müraciət ediblər, 11 000 təlim uğurla tamamlanaraq iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib. Müraciət olunan və tamamlanan təlimlərin 25%-dən çoxu süni intellekt və data elmi (data science) sahələrini əhatə edir.

4SİM proqram çərçivəsində istifadəçilərin platformada ən çox müraciət etdiyi ilk 10 təlimi müəyyən edib.

• Süni intellekt hamı üçün (AI For Everyone)

• Layihələrin idarə olunmasının əsasları (Foundations of Project Managements)

•  Süni intellektə giriş (Introduction to Artificial Intelligence)

•  Layihələrin idarə olunmasına giriş (Introduction to Project Management)

•  Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work)

•  Data elminin əsasları, data hər yerdə (Foundations : Data, Data, Everywhere)

• Uğurlu layihəyə necə başlamaq olar? (Project Initiation: Starting a Successful Project)

• Data elmi nədir? (What is Data Science?)

•  Rəqəmsal transformasiyaya giriş (Introduction to digital transformation)

•  Generativ süni intellekt hamı üçün (Generative AI for everyone)

Aprelin 1-dən start götürən “Milli Proqram” çərçivəsində 1 il ərzində on minlərlə vətəndaşın dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 8000 təlimindən yararlana bilərlər. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya sahələrinə dair təlimlər tədris olunur. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

Platformada süni intellekt və data elmi sahələrinə aid IBM, “Google”, Deeplearning.AI, “Microsoft” kimi qabaqcıl texnologiya şirkətləri və Stenford, Pensilvaniya, London İmperial Kolleci də daxil olmaqla, dünyanın nüfuzlu ali təhsil ocaqları tərəfindən hazırlanmış 2300-ə yaxın təlim proqramı var.

“Milli Proqram”a qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər. SOCAR, “Pasha Holding”, bp və JOCAP şirkətləri “Milli Proqram”ın əsas tərəfdaşlarıdır.

Bildirilir ki, ötən il pilot layihə olaraq həyata keçirilən “4Sİ Akademiyası” layihəsi çərçivəsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da Kembric Resurs Mərkəzi yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.