Bütün xəbərlər
27 fevral, 10:56

Naxçıvan Dövlət Universitetində (NDU) Naxçıvan Muxtar Respublikasının elm və ali təhsil ictimaiyyətinə açıq infosessiya keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, NDU-nun əməkdaşlığı ilə reallaşıb. İnfosessiyada universitetin rəhbər heyəti, professor-müəllimləri və tələbələri ilə yanaşı, Naxçıvan Müəllimlər İnstitutu, Bioresurslar İnstitutu, Təbii Ehtiyatlar İnstitutu və Astrofizika Rəsədxanasının əməkdaşları iştirak ediblər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nümayəndələri iştirakçıları elm və ali təhsilin beynəlmiləlləşməsi və beynəlxalq əməkdaşlıq imkanları, “Scopus”un süni intellekt alətindən istifadə etməklə tədqiqat bacarıqlarının inkişafı barədə məlumatlandırıb.

Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı "Beynəlxalq əməkdaşlıq fəaliyyətinin təşkili" mövzusunda təqdimatla çıxış edib. Beynəlxalq reytinqlərdə iştirak, NDU-nun beynəlxalq əməkdaşlıq imkanları və istiqamətləri, vətəndaşlar üçün dövlət xətti ilə (HTP) xaricdə təhsil imkanları, xarici tələbələrin Azərbaycanda təhsil imkanları (“Heydər Əliyev adına Təhsil Qrantı”, HTP, İƏT, NAM və.s) və xarici tələbələrlə iş, Beynəlxalq mübadilə proqramları və digər mövzularda ətraflı məlumat verib.

Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin böyük məsləhətçisi Nərminə Abdullayeva "Scopus AI ilə tədqiqat bacarıqların inkişafı" mövzusunda təqdimatla çıxış edib.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar səsləndirilib, görüş diskussiya şəklində davam edib.

1 /5

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.