Bütün xəbərlər
4 mart, 09:50

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib. Bildirilib ki, görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov, universitet və nazirliyin rəhbər heyəti, muxtar respublikada fəaliyyət göstərən 50 orta məktəb direktoru iştirak ediblər. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə keçirilən əməkdaşlıq görüşünü yüksək qiymətləndirərək, ikitərəfli əməkdaşlığın təhsil mühitinin inkişafına yönəldiyini bildirib. Rektor universitetin ümumi fəaliyyəti, kampusu, tədris olunan ixtisaslardan söz açıb, ölkədə yeganə kampuslu universitet olaraq NDU-nun 10 fakültə, 45 kafedra, 3 kollec, 1 Beynəlxalq Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya ilə fəaliyyət göstərdiyini qeyd edib. NDU-nun hazırda 250 ixtisas tərkibində tədrisi azərbaycan dili ilə yanaşı ingilisdilli ixtisaslara malik olması, dünyanın 150-yə yaxın univesiteti ilə birbaşa əlaqələrin mövcudluğu və əcnəbi tələbə sayına görə ölkədə lider ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Tədrisin ölkə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının əhəmiyyətinə toxunan rektor, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yeni təhsil proqramlarının hazırlanması istiqamətində atılan addımlardan bəhs edib. Bu yöndə ali təhsil səviyyəsində optimallaşdırma prosesləri həyata keçirildiyini, müəllimlik ixtisaslarına yeni yanaşmaların tətbiqinin kadr hazırlığının keyfiyyətinə müsbət təsirini nəzərə çatdırıb. Rektor  həmçinin qəbul imtahanlarında yüksək bal toplayaraq NDU-da pedoqoji ixtisasları seçən abituriyentlərin sayının universitetdə qəbulun keyfiyyətinin yüksəlməsinə xüsusi təsirindən bəhs edib. Həmçinin hazırda davam edən pedoqoji təcrübənin əhəmiyyətini qeyd edərək, tələbələrin müfəssəl biliklər əldə etməsini və onları müəllimlərin işə qəbul qaydaları barədə məlumatlandırılmasını təklif edib. 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan NDU bu gün Naxçıvan MR-da bütün təşkilatlarda kadr hazırlığında əsas bazadır. Təhsil Nazirliyi ilə də universitet arasında qarşılıqlı əməkdaşlıq var. Çox təqdirəlayiq haldır ki, bu tərəfdaşlıq Əməkdaşlıq Memorandumu ilə rəsmiləşəcək. Nazir vurğulayıb ki, bu görüş Naxçıvanın sosial-iqtisadi inkişafına dair Təfsilatlı Tədbirlər Planından irəli gələn məsələlərin icrası istiqamətində əməkdaşlığı daha da sıxlaşdırmaq və inkişaf etdirmək mahiyyəti daşıyır. Həm də müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması məqsədinə hədəflənib. Nazir Elxan Nəcəfov əlavə edib ki,  bu istiqamətdə NDU-nun maddi texniki bazalarından qarşılıqlı istifadə, birgə işçi qruplarının və müvafiq müsahibə komissiyalarının yaradılması, “Açıq qapı” günlərinin keçirilməsi, nümunəvi dərslərin təşkili, maarifləndirici görüşlərin olması nəzərdə tutulan əməkdaşlıq sahələridir. Eyni zamanda muxtar respublika ümumtəhsil məktəblərində infosessiyaların, müxtəlif olimpiadaların birgə təşkili, istedadlı şagirdlərin elmi-tədqiqat işlərinə cəlbi, NDU-nun elmi kitabxanası ilə tanışılıq və təcrübə mübadiləsi, sonuncu kurs tələbələri ilə görüşlərin təşkili, tələbə könüllülərinin dəstəyinin təmin edilməsi də bu yöndə planlaşdırılan tədbirlərdəndir.   
Daha sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Naxçıvan Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

1 /9

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.