Bütün xəbərlər
1 oktyabr, 13:14

Oktyabrın 1-dən ölkədə, o cümlədən Naxçıvanda 2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Naxçıvanda ümumilikdə 146 ümumtəhsil məktəbinin 206 məktəbəhazırlıq qrupuna 3 mindən artıq uşaq qəbul edilib.

Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənən 2025-2026-cı tədris ili üzrə tədris planına uyğun olaraq, qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəblərinin qrupları üçün yeni say həddinin müəyyənləşdirilməsi Naxçıvanın ucqar dağ kəndlərində də uşaqların tədrisə cəlb olunmasına şərait yaradıb. Ötən tədris ilində məktəbəhazırlıq qrupu 138 ümumtəhsil məktəbində təşkil olunmuşdusa, cari tədris ilində artıq 146 məktəbdə hazırlıq qrupları fəaliyyət göstərir. 

Məlumat üçün bildirək ki, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ təşkil olunr. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib və dərs ili iki yarımilə bölünür. Məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatır.

1 /5

Şərhlər

Xəbər lenti

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.