
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq Nazirliyin tabeliyində fəaliyyət göstərən peşə təsili müəssisələrində “Əmək bazarına uyğun işçi heyətin formalaşdırılması” mövzusunda seminarlara start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, ilk seminar Şərur Peşə Liseyində keçirilib. Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Peşə Liseyinin əməkdaşları ilə yanaşı, rayonun idarə, müəssisə, təşkilatlarının rəhbərləri iştirak ediblər.
Seminarda işəgötürülənlərlə Peşə Liseyi arasında qarşılıqlı münasibətlərin qurulması, müəssisə ilə əmək bazarı arasındakı əlaqənin gücləndirilməsi, tələbə qəbulu planının əmək bazarına uyğunlaşdırılması, eləcə də bu planların tərtibində işəgötürənlərin rolu müzakirə olunub.
Qeyd edək ki, seminarlar digər peşə təhsil müəssisələrində də davam etdiriləcək.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər