
Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının final turu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən olimpiadada rayon turunda qalib olan 187 şagirdin 97 faizi iştirak edib.
Olimpiadada şagirdlərə 25 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.
Olimiadanın nəticələri ilə bağlı məlumat yaxın günlərdə Nazirliyin sosial şəbəkə hesablarında yerləşdiriləcək.
️Məlumat üçün bildirək ki, olimpiadanın final mərhələsinin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.
Qeyd edək ki, olimpiadanın təşkilində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər