
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 1975-ci ildə universitetin “Tarix-filologiya” ixtisasını bitirən məzunlar ilə görüşüb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor görüşü çox yaxşı təşəbbüs adlandırıb, məzunlarla işə yüksək önəm verildiyini vurğulayıb. Bu istiqamətdə ali təhsil ocağında Karyera, təcrübə və məzunlarla iş sektorunun fəaliyyət göstərdiyini, Tələbə-Məzun Elektron Məlumat Sistemi Mərkəzinin olduğunu diqqətə çatdırıb. Rektor universitetin tarixi inkişaf yolundan söz açıb, bu gün əldə olunan nailiyyətlərdən və irəlidə gözlənilən yeniliklərdən bəhs edib. Universitetin çoxşaxəli kadr hazırlığı haqqında danışıb və əmək bazarında məzunların müvəffəqiyyət göstəricilərinin yüksəldilməsində maraqlı və təşəbbüskar olduğunu ifadə edib.
Məzunlar adından çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli görüşdə iştirakdan məmnunluq ifadə edib və əlamətdar hadisə kimi yadda qalacağını bildirib. Eynulla Mədətli universitetlə bağlı ötən illərdən unudulmaz xoş xatirələrini bölüşüb, son dövrlər ali təhsil ocağında gedən inkişafı yüksək dəyərləndirib.
Eyni zamanda, digər çıxış edən məzunlar səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, görüşün yüksək mənəvi mahiyyət daşıdığını ifadə ediblər.
Sonda rektor Elbrus İsayev görüşdən xatirə olaraq Eynulla Mədətliyə kitablar hədiyyə edib.
Bildirilib ki, görüşdən öncə məzunlar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca universitetdə görüş olub və “Tarix” ixtisasının sonuncu kurs tələbələrinə ustad dərsi keçirilib. Görüşdə 1975-ci il məzunları ilə yanaşı, həmin dövrlərdə dərs deyən müəllimlər də iştirak ediblər.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər