Bütün xəbərlər
24 fevral, 12:16

Naxçıvan Dövlət Universitetində (NDU) "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində yaradılmış SABAH qruplarına dövlət vəsaiti hesabına alınmış informasiya texnologiyaları avadanlıqları və dərsliklərin təqdimatı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev Dövlət Proqramı çərçivəsində ölkədə ilk dəfə NDU-da Tibb ixtisası üzrə SABAH qrupları yaradılaraq 21 tələbə ilə fəaliyyətə başlanıldığını qeyd edib. SABAH qrupları ali təhsil sisteminə dünya təcrübəsini gətirərək, tələbələrin daha rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə imkan yaradır. Bu qruplarda təhsil alan tələbələr yüksək akademik göstəricilərlə yanaşı, geniş təcrübə imkanlarına da malik olurlar.

Rektor vurğulayıb ki, tədrisin yüksək səviyyədə təşkili məqsədilə Dövlət Proqramından ayrılan maliyyə vəsaiti hesabına baza tibb fənlərinin tədrisində istifadə olunacaq 173 adda 200-dən artıq kitab, 5 proyektor və 15 notbuk alınaraq tələbələrin istifadəsinə verilib. Həmçinin dövlət hesabına alınan avadanlıqların və resursların səmərəli istifadəsinin vacibliyini qeyd edib.

Tədris departamentinin direktoru Şahin Əliyev ali təhsil ocağında yeni məzmunlu SABAH qruplarının təşkili vəziyyəti və 2025-ci ildə görüləcək işlər barədə məlumat verib. Bildirib ki, tədris ilinin II yarısında bu qruplarda təqaüd proqramları genişləndiriləcək, tədrisin təşkilində müasir metodlar tətbiq olunacaq.

Tədbirdə Tibb fakültəsinin müəllimi Fariz Məmmədov, SABAH qruplarının II kurs tələbələri Şövkət Əlisoy, Tahir Əlizadə və tədrisi ingilis dilində Tibb ixtisasının II kurs tələbəsi Nəsibə Əzizova yaradılan şəraitə görə minnətdarlıq edib, tibbi biliklərini daha da təkmilləşdirmək üçün səylə çalışacaqlarını bildiriblər.

Sonda iştirakçılar yeni informasiya texnologiyaları avadanlıqları və dərsliklərlə tanış olublar.

1 /5

Şərhlər

Xəbər lenti

1 aprel, 11:30

Müəllimləri təhqir edən məktəb direktoru işdən çıxarılıb

1 aprel, 11:23

MDU-da özünütəhlil hesabatının müzakirəsi keçirilib

1 aprel, 11:17

Uşaq İncəsənət Festivalına qeydiyyat tamamlandı

1 aprel, 11:12

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

1 aprel, 11:00

BANM tələbələri beynəlxalq proqrama qəbul alıblar

1 aprel, 10:20

Qarabağ Universitetinin Klinikası vebinar keçirəcək

1 aprel, 10:20

Əcnəbilər Azərbaycan universitetlərini niyə seçməlidirlər? - TƏHLİL

1 aprel, 09:40

Gənc istedadlara xüsusi təqaüdlər veriləcək – SƏRƏNCAM

1 aprel, 09:03

Valideynlərini itirmiş uşaqların təhsil üzrə təminatları dəyişib, birdəfəlik müavinət ödəniləcək

1 aprel, 08:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində iştirak qaydaları açıqlanıb

1 aprel, 08:43

Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat elan edilib

1 aprel, 08:38

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu davam edir

1 aprel, 08:33

NDU-da “Beynəlxalq təlim aylığı”na start verilib

1 aprel, 08:18

Azərbaycanda fizika öyrədirdi, Niderlandda isə .... – Bir müəllimin hekayəsi 

1 aprel, 08:02

Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək

1 aprel, 07:55

Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək

1 aprel, 07:08

Gənc müəllimlər üçün təlim keçirilib

1 aprel, 07:06

Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru BANM-də olub

1 aprel, 07:03

NDU-da Elm Gününə həsr olunan konfrans keçirilib

1 aprel, 06:48

Anar İsgəndərov: Verdiyim salamı almayan, uzatdığım əli tutmayanlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.