
Naxçıvan Dövlət Universitetində (NDU) təhsilin dörd istiqaməti üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu NDU-nun rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" mövzusunda keçirdiyi brifinqdə deyib.
Rektor qeyd edib ki, ali təhsil ocağında kadr hazırlığı ilə 561 nəfər professor-müəllim heyəti məşğul olur. Hər il də elmi dərəcəli kadrların sayı artır. 2024-cü ildə bu rəqəm 232 nəfərə çatıb:
“2020-ci ildə heyətdə elmi dərəcəlilərin sayı 34% idisə, hazırda bu 41%-dən çoxdur. Təkcə son ildə universitetdə əməkdaşların sayı 10%-dək artıb, bunun da orta hesabla 50%-i elmi dərəcəlilər təşkil edib”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər