Bütün xəbərlər
10 fevral, 10:51

Universitetlərin şəhər kənarına köçürülməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. Bunu müsbət qarşılayanlarla yanaşı, prosesin asan olmayacağı qənaətində olanlar da var. 

Universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi məsələsi illərdir müzakirə olunur. Bu prosesin nəqliyyat sıxlığını azaltmaq üçün düzgün addım olduğunu düşünənlərlə yanaşı, reallaşdırılmasının problemli olacağını hesab edənlər də var. Ancaq məsələ yenidən gündəmə gəlib və özü də bu dəfə daha ciddi. Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün təsdiqlənən Dövlət Proqramı paytaxtda yerləşən ali təhsil müəssisələrinin köçürülməsi məsələsinə diqqət yönəldib. Sənədə görə, bu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması təmin ediləcək.

Universitetlərin köçürülməsinə münasibət isə həmişəki kimi birmənalı deyil. Bütün hallarda məsələnin həlli istiqamətində dünya təcrübəsini də öyrənməyə çalışdıq.

Təzə, ya köhnə?

Kembric Universitetinin professoru Qərib Mürşüdov hesab edir ki, bu, mürəkkəb məsələdir: “Britaniyaya baxaq: Kembricdə universitet şəhərdədir. Hətta demək olar ki, şəhərin əsas hissəsidir. Oksford da onun kimi. Londonda mənim tanıdığım universitetlər şəhərdədir. Yorkda şəhərdən kənardadır. Ekseterdə şəhərdən bir az kənardadır. Mançesterdə şəhərdədir. İndi gəlin baxaq: Kembric, Oksford və Londondakı universitetlərin yaşı 200 ildən çoxdur. Yorkdakı universitet 60-cı illərdə yaradılıb. Biz o biri universitetlərə də baxa bilərik. Çox güman ki, belə nəticəyə gələcəyik ki, köhnə universitetlər şəhərdə, təzələri isə şəhərdən kənardadır. Tədqiqat institutları da onun kimi. Nisbətən təzə tədqiqat institutları şəhərdən kənardadır. Köhnələri isə şəhərin mərkəzinə yaxındırlar”. Professor hesab edir ki, köhnə universitetləri şəhərdən kənara çıxartmaq da, təzə universitetləri şəhərdə tikmək də çox baha başa gələ bilər. Ona görə universitetlərin şəhərdən kənara çıxarılması məqsədəuyğun deyil: “Amma yeni universitetlər və tədqiqat institutlarının şəhərdən kənarda və hətta rayonlarda olması daha məqsədəuyğundur”. Q.Mürşüdovun fikrincə, universitetləri yerindən köçürmək nəqliyyat problemini həll etmir: “Bu problemə ayrı cür yanaşmaq daha yaxşı olar. Məsələn, ictimai nəqliyyatın inkişafı və sayının və etibarlılığının artırılması, şəhərdə şəxsi nəqliyyat vasitələri üçün əlavə vergilərin olması”. 

Həm üstünlüklər, həm də çətinliklər

ADA Universitetinin baş müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Orxan Kərimzadə hesab edir ki, Bakı şəhərində ali təhsil müəssisələrinin şəhərdən kənara köçürülməsi məsələsi tələbələr üçün həm üstünlüklər, həm də çətinliklər yarada bilər. Xarici təcrübə də bu məsələnin müxtəlif aspektlərini nəzərə almağın vacibliyini göstərir: “Əgər ali təhsil müəssisələri şəhərdən kənarda yerləşərsə, bu, ilk növbədə yeni infrastruktura çıxışı təmin edəcək. Belə ki, şəhərdən kənarda yerləşən universitetlər adətən müasir kampuslara və geniş tədris sahələrinə malik olurlar. Bu, tələbələrin təhsil və sosial həyatını daha da yaxşılaşdırmağa imkan verir. Həmçinin şəhər mərkəzindən uzaq ərazilərdə yaşayış xərcləri daha aşağı olduğuna görə, tələbələr üçün maliyyə baxımından daha əlverişli şərait yaranır. Bundan əlavə, şəhərdən uzaq ərazilərdə daha sakit və təmiz mühit mövcuddur ki, bu da tələbələrin təhsil prosesinə müsbət təsir göstərə bilər”.

İŞ üzvünün sözlərinə görə, dünyanın bir çox ölkəsində ali təhsil müəssisələri şəhər mərkəzlərindən kənarda yerləşir. Məsələn, ABŞ və Avropa ölkələrində bir çox universitetlər geniş kampuslara malikdir və tələbələr üçün hərtərəfli şərait yaradır: “Türkiyədə də universitetlərin əksəriyyəti şəhərdən kənarda yerləşən kampuslarda fəaliyyət göstərir. Bu təcrübə tələbələrə daha geniş tədris və yaşayış sahələri, eləcə də təbiətlə daha yaxın əlaqə imkanı verir. Eyni zamanda, universitetlərin şəhərdən kənara köçürülməsi şəhərdaxili ictimai nəqliyyat sıxlığını azaldacaq, həmin regionda yaşayış keyfiyyətini artıracaq, yeni infrastruktur və iş yerləri yaradacaq ki, bu da həmin ərazinin inkişafına müsbət təsir göstərəcəkdir”. O.Kərimzadə bu cür dəyişikliklərin bəzi çətinliklər yarada biləcəyini də xatırlatdı. Məsələn, universitetlərin şəhərdən kənara köçürülməsi tələbələr üçün nəqliyyat problemlərinə səbəb ola bilər: “Gündəlik olaraq universitetə getmək üçün tələbələr daha çox vaxt sərf etməlidirlər və onlar ictimai nəqliyyatın çatışmazlığı ilə üzləşə bilərlər. Tələbələrin çoxu ictimai nəqliyyatdan istifadə edir. Eyni zamanda, şəhər mərkəzindəki müxtəlif əyləncə və mədəniyyət obyektlərinə çıxışın məhdud olması tələbələrin sosial həyatını məhdudlaşdıra bilər”.

“Tələbələrin rahatlığı da nəzərə alınmalıdır”

Amerikada çalışan təhsil eksperti Qoşqar Məhərrəmov da hesab edir ki, şəhərdə yerləşən universitetlərin özünəməxsus şəhərcikləri varsa, onların şəhərdən kənara köçürülməsi düzgün deyil: “Amma dar binada, sıxılmıış bir yerdə fəaliyyət göstərən, kampusu olmayan ali məktəblərin köçürülməsi məqsədəuyğundur. Kampusa malik olmağın müəyyən üstünlükləri var. Orada tələbə üçün yataqxana tikilir, laboratoriyalar qurulur, asudə vaxtın təşkili üçün müəyyən yerlər olur. Bu mənada, universitetin şəhərcik formasında olması və onun içərisində tələbənin həyatının müxtəlif mərhələlərini yaşaya biləcəyi məkanların təşkili önəmlidir. Xarici təcrübədə də elə universitetlər var ki, yalnız bir binadan ibarətdirlər. Bu, yaxşı nümunə deyil. Universitetlərin şəhərcik formasında olması daha faydalıdır. Çünki onda kampus mədəniyyəti formalaşır, tələbələrin sosiallaşması üçün daha münbit şərait yaranır”. Ekspert hesab edir ki, universitetlər şəhərin xaricinə köçürülən zaman tələbələrin rahatlığı da nəzərə alınmalıdır: “Fikrimcə, yeni kampuslar tikilib universitetlər ora köçürüləcəksə, mütləq şəhərin bir çox yerindən ödənişsiz və ya endirimli ödənişlərlə tələbələr üçün servislər təşkil olunmalıdır”. 

Mənbə: Kaspi.az

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.