
“Məktəbdənkənar təhsil müəssisələrinə direktor və pedaqoji heyətin işə qəbul qaydaları hazırlanıb və müvafiq təhsil qurumlarına təqdim edilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda təşkil edilən respublika konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ilkin mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsini həyata keçirmək üçün diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib. Yaxın müddətdə - yay aylarında bu qiymətləndirmənin keçirilməsi planlaşdırılır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər