Bütün xəbərlər
8 yanvar, 10:47

Niderlandın Veldhoven şəhərində 4-cü Avropa Qızlar İnformatika Olimpiadasında qızıl medal qazanan türkiyəli məktəbli Bergüzar Yürüm ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun (MIT) təqaüdünü qazanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki o, 4 illik təhsil dövründə ABŞ-də 100 faizlik təqaüd alacaq. “Mən həmişə MIT-i xəyal etmişəm. Keçən həftə MIT-ə imtahan nəticələri açıqlandı və mən erkən qəbul aldım" dedi. B.Yürümün riyaziyyat müəllimi Ergün Ərdoğan “Bergüzar Türkiyədən bu il MIT-ə qəbul olan yeganə tələbədir", - deyib. 

“Texnofest”də zəlzələ ilə bağlı layihəsi ilə iştirak edib
Gənc istedad Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsində universitetlərə qəbul imtahanlarına (LGS) hazırlaşarkən layihə yönümlü bir məktəbdə təhsil almaq istədiyini söylədi. Orta məktəbə əlində bir layihə faylı ilə getdiyini açıqlayan gənc əlavə edib: “Öz layihələri ilə məşğul olmaq istəyən tədqiqatçı tələbələr arasında olmaq istədim. Buna görə Osman Ulubaş Kayseri Məktəbini seçdim. Kitab oxuma kimi bir çox müsabiqədə iştirak etmişəm. İstanbulda “Teknofest” festivalında zəlzələ ilə bağlı layihəmizin finalçısı kimi iştirak etdim".

Komanda işlərindən sonra daha çox fərdi işlərə diqqət yetirdiyini və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) kompüter olimpiadalarında iştirak etdiyini söyləyən B.Yürüm “Hədəfim həmişə ən yaxşı nəticəni əldə etmək olub. Bu məktəbə getmək və ya bu məqsədə nail olacağam kimi hədəfim yox idi. Məqsədim əlimdən gələnin ən yaxşısını etmək idi”, - deyib. B.Yürüm TÜBİTAK-ın elm olimpiadalarına kompüter sahəsinə qatıldığını və 3 olimpiada seçim mərhələsini keçdiyini bildirərək bu müddətdə həm çox çalışdığını və həm də məktəbdəki riyaziyyat müəllimlərindən dəstək aldığını dilə gətirib. 

Türkiyənin Avropa Qızlar İnformatika Olimpiada komandasının üzvü olduğunu bildirən B.Yürüm əlavə edib: “Biz ölkəmizi müxtəlif yerlərdə təmsil etmişik. Birinci il Antalyada bürünc medal qazandım. İkinci il İsveçdə gümüş medal qazandım. 2024-cü ildə Hollandiyada keçirilən 4-cü Avropa Qızlar İnformatika Olimpiadasında qızıl medal qazandım”.

"Mən həmişə MIT arzusunda olmuşam”
B.Yürüm orta məktəbin son sinfində oxuyarkən xarici universitetlərə qəbul olmaq üçün Ali Təhsil Qurumları İmtahanına (YKS) girmədiyini söyləyib. Başqa ali məktəblərdən də qəbul gəldiyini bildirən gənc sözünə davam edib: "Mən həmişə MIT arzusunda olmuşam. Bu, yəqin ki, bütün olimpiyadaçıların ən böyük arzusudur. Massaçusets Texnologiya İnstitutuna müraciət etdim, lazımi imtahanları verdim. Nəticələr keçən həftə elan edildi və mən MIT-ə erkən qəbul aldım. 8 aydan sonra ABŞ-yə gedəcəyəm. Birinci ildə daha çox özünüzü kəşf edirsiniz, ikinci ildən etibarən bölümünüzü seçirsiniz və 4 il çəkir. Mən yəqin ki, kompüter sahəsini seçəcəyəm. Kiçik yaşda olanda kompüterlərə çox həvəs göstərirdim, ev kompüterimizdə qurdalanırdım. Sonra orta məktəbə getdim və “Texnofest”də qazandığım təcrübə ilə kompüter olimpiadalarında iştirak etdim. Proqramlaşdırmaya keçdim və daha çox öyrənməyə başladım".
ABŞ-yə daxil olduqdan sonra ailəsinin xaricdə təhsil alacağından bir az narahat olduğunu, ancaq onu dəstəklədiyini vurğulayan B.Yürüm MIT təhsilini başa vurduqdan sonra tədqiqatçı kimi çalışaraq gənclərə kömək etməyi hədəflədiyini bildirib.

“Çətinliklərimiz oldu, amma nəticə əldə etdik”
Kayseri təbiət elmləri məktəbinin riyaziyyat müəllimi Ergün Ərdoğan isə Bergüzar Gülüm ilə 9-cu sinifdə tanış olduqlarını bildirib. Tələbəsinin kompüter sahəsində əldə etdiyi beynəlxalq nailiyyətlərindən sonra müxtəlif universitetlərdən dəvət aldığını qeyd edən E.Ərdoğan deyib: “Qarşımıza qoyduğumuz ilk hədəf Massaçusets Texnologiya İnstitutu olub. Məqsədimizi 9-cu sinifdə qoyduq və ona 12-ci sinifdə çatdıq. Mənim rolum tələbəmizə rəhbərlik etmək, qarşılaşdığı problemlərdə ona kömək etmək idi. Bəzən bizim üçün çətin olub, amma nəticə əldə etmişik. Bergüzar bu il Türkiyədən MIT-ə daxil olan yeganə tələbədir”.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.