Bütün xəbərlər
13 fevral, 17:22

Qarşılıqlı razılığa əsasən Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun tələbələri bu ölkədə yerləşən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində akademik təcrübə keçəcəklər.

Mərkəzdən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu təşəbbüs iki qardaş xalq arasında dostluq və mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində tələbələr Azərbaycan dili kurslarında iştirak edəcək, eyni zamanda, müxtəlif mədəni tədbirlərin təşkilinə qoşularaq yerli mühitdə bilik və bacarıqlarını təkmilləşdirəcəklər. Təcrübə proqramı ərzində onlar Azərbaycan tarixi, ədəbiyyatı və incəsənəti ilə yaxından tanış olacaq, milli-mədəni irsimizi daha dərindən öyrənəcəklər. Bu layihə tələbələr üçün həm akademik, həm də praktiki biliklər əldə etmək baxımından böyük fürsətdir.

Bildirilib ki, Azərbaycan dilinin Özbəkistanda öyrənilməsi iki ölkə arasında elmi və mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Bundan əlavə, proqramın iştirakçıları gələcəkdə Azərbaycan-Özbəkistan münasibətlərində mühüm rol oynaya biləcək mütəxəssislər kimi yetişəcəklər.

Qeyd edilib ki, bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında son illərdə sürətlə inkişaf edən dostluq münasibətlərinin göstəricisidir. Gələcəkdə bu cür proqramların davamlı olması və daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

1 /5

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.