Bütün xəbərlər
19 fevral, 10:29

Bu günlərdə Naxçıvan məktəblərində bir xəbər böyük əks-səda yaratdı… Bakı Atletika Mərkəzində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında keçirilən ölkə birinciliyində məktəblilərdən biri böyük nailiyyət əldə etdi. Bu uğurun sahibi Ordubad şəhər 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Namiq Babayev idi. Yarışda iştirak edən altı atlet məktəblidən olan Namiq çətin mübarizədən sonra adını qaliblər siyahısına yazdırmağa müvəffəq oldu. Ümumilikdə o, 10 gün müddətində qatıldığı yarışlarda 3 qızıl və 1 gümüş medal qazanaraq həm valideynlərini, həm də müəllimlərini qürurlandırdı.

Elə qaçır ki…

Bu, Namiqin idmanda ilk uğuru deyil. O, 2023-cü ilin mayında qaçış üzrə idman növünə “ayaq açıb”. İndiki məşqçisi Əmrah Nağıyevin dəvəti ilə stadionda atdığı ilk addımları çox sürətli olub: “VII sinifdə oxuyurdum. Əmrah Nağıyev məni stadionda məşqə çağırdı. Başqa şagirdlər də cəlb etmişdi. Həmin gündən buradayam”.

O vaxtdan yaxşı qaçdığını həm özü müəyyənləşdirib, həm də müəllimləri, məşqçisi. Əmrah müəllim bu uğurlu yetirməsini 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Bakı Atletika Mərkəzində keçirilən ölkə birinciliklərinə çıxarıb: “İştirak etdiyim bütün yarışlarda qalib gəlmişəm. Cəmi bir dəfə ikincilik qazandım, o da öz səhvimə görə oldu. Bu da mənə çox pis təsir etdi”. 

Naxçıvan məktəblisi qaçmağa başladığı ilk gündən uğur qazanıb və bu səbəbdən əldə etdiyi ikincilik ona pis təsir edir: “Özümdən böyük yaş qrupunda da yarışıram. Yarış qaydalarına görə, həm yaşıdlarımla, həm də özümdən böyük qrupda yarışa bilərəm. Məsələn, ayrı-ayrı yaş qruplarında yarışlar fərqli günlərdə ardıcıl keçiriləndə ikisində də iştirak edirəm. Amma bəzən aralarında 1 ay vaxt olur, o zaman Bakıda qala bilmirəm, qayıdıram Naxçıvana”.

Qələbələri yarış həyəcanı sayəsində qazanır

Bir sözlə, Namiq yarışlara hər zaman ruh yüksəkliyi ilə qatılır: “Əgər yarış ruhu olmasa, qələbə qazana bilmərəm. Xüsusən özümdən böyüklərlə yarışanda yarış ruhum daha böyük olur, yaşıdlarımla qaçmaq o qədər də həyəcanlı deyil. İlk dəfə qatıldığım yarışda həddindən artıq həyəcanlı idim. Məncə, həyəcan sayəsində insan qələbə qazanır. Həyəcanlanmadığım yarışda arxayınlaşdım və birinciliyi əldən verdim”.

Namiq deyir ki, yarışlara hazırlıq heç də həmişə yüksək səviyyədə keçmir. Bəzən mənəvi dəstək də almaq lazım gəlir. Odur ki, arada onun da həvəsdən düşdüyü vaxtlar olub: “Ayağımı incitmişdim. Ona görə məşqlərə gəlmək istəmirdim. Həmin vaxt atam məni həvəsləndirdi, məşqlərdən geri qalmağıma imkan vermədi”.

Hər kəsin stimul qaynağıdır

Bu müvəffəqiyyəti ilə o nəinki məktəbində, kənddə, rayonda nümunədir, həm də ailəsində qardaşları üçün stimul mənbəyidir: “Mən qaçışa başlayandan sonra ortancıl qardaşım da idmanla maraqlanmağa başladı. O, indi karate ilə məşğul olur”.

Namiq dərslərini də yaxşı oxuyur. Coğrafiyanı, ədəbiyyatı da sevdiyini deyir: “İkinci ixtisas qrupu üzrə hazırlaşıram. Azərbaycan İdman Akademiyasında ali təhsil almaq istəyirəm. Əsas hədəfim qaçış üzrə peşəkar səviyyədə məşğul olmaq, beynəlxalq yarışlara qatılmaq və ölkəmə qızıl medallar gətirməkdir”.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.