
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə birgə tərəfdaşlığı nəticəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün təlim təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, təqaüdçü qızlar üçün “Azerconnect Group”un dəstəyi ilə təşkil olunan və Elnarə Məcidova tərəfindən təqdim edilən “Yaradıcı düşüncə” mövzusunda faydalı təlim sessiyası keçirilib.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə birgə tərəfdaşlığı nəticəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı istedadlı qızların akademik və peşəkar inkişafını dəstəkləyir. Proqram iştirakçılarına təqaüdlə yanaşı, təcrübə proqramları və mentorluq imkanları da təqdim olunur.
Təlimin məqsədi iştirakçıların yaradıcılıqlarını stimullaşdırmaq, onlara çətinliklərə alternativ yanaşma formalaşdırmaq və müxtəlif sahələrdə innovativ həll üsullarını tətbiq etməyi öyrətmək olub.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər