Bütün xəbərlər
9 dekabr, 14:37

“Peşə təhsilinə qəbul olunanda əsas hədəfim əmək bazarında layiqli yer tutmaq idi, amma indi iddiam daha da böyüyüb”

Peşə təhsili biri üçün ata məsləyi, başqası üçün qısa müddətdə qazanılan iş imkanıdır. Orxan Quluzadə üçün, necə deyərlər, ikisi birindədir. O ali təhsilini tamamladıqdan sonra peşə təhsilinə üz tutan yüzlərlə gəncdən biridir. Təhsilini almaq istədiyi peşəyə gəlincə, bu peşə ilə atası, atasından əvvəl babası məşğul olub. Orxan da bu peşəyə üz tutub, ancaq bu qərarı verənə qədər müharibə belə görüb, o, Vətən müharibəsi iştirakçısıdır.

Qaynaqçı ailəsində yetişdi

1995-ci ildə Bərdə rayonunda anadan olan müsahibim tam orta təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə alıb. Həqiqi hərbi xidmət keçdikdən sonra ali təhsil almağa qərar verib. Qaynaqçı ailəsində böyüyən bir yeniyetmə niyə ali təhsilə üz tutsun ki? Deyir ali təhsil almaq fikri ailəsinin təsiri ilə formalaşıb: “Ailəm hər azərbaycanlı ailəsi kimi ali təhsilə önəm verib. Baxmayaraq ki, atam özü peşə təhsili almışdı, mənim ali təhsil almağımda israr etdi. Odur ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarına qatıldım. Seçdiyim 15 ixtisasdan 11-i müəllimlik idi. Amma mühəndislik ixtisasına qəbul olundum”.

Azərbaycan Texnologiya Universitetinin Kimya mühəndisliyi ixtisası üzrə 2020-ci il məzunu Orxan Quluzadə əmək fəaliyyətinə hələ tələbəlik dövründən başlayıb. Mühəndisliyə aid olmasa da, müxtəlif işlərdə çalışıb. Azərbaycanın Ermənistana qarşı əks-hücum əməliyyatları başlayanda o da müharibəyə qatılıb. Hazırda həyatına müharibə veteranı olaraq davam edən Orxan Quluzadə deyir univetsiteti bitirdikdən sonra özəl sektorda müxtəlif vəzifələrdə çalışsa da, heç bir işdə bənd ala bilməyib: “Oturaq iş, ofisdə iş mənə görə deyil. Ona görə tapdığım işlər ürəyimcə olmurdu”.

Mühəndisliyi oxudu, müəllim kimi özünü sınamaq istədi

O da uşaqlıqdan bəri olmaq istədiyi yerə - müəllimliyə üb tutub: “Bildiklərimi başqalarına öyrətmək istəyirdim. Xüsusən, peşə sahəsində maraqlıyam. Ümumiyyətlə, mən anlaya bilmirəm ki, peşə sahiblərinin ailəsində böyüyən bir uşaq niyə başqa sahədə ixtisaslaşmalıdır? Gözümü açandan babamın, atamın qaynaqçı olduğunu, qaynaq etdiyini görürdüm. Atam ixtisaslı, peşəkar qaynaqçı idi. Onun işini davam etdirmək əvəzinə, universitetlərdə özümə ixtisas axtarmağa məni niyə məcbur etdilər, anlamıram”.

Orxan Quluzadə peşə öyrətmək istəyi ilə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb.  Peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi olmaq arzusu ilə 2022-ci ildə baş vurduğu imtahanda 39 bal toplayaraq Şamaxı Peşə Liseyinə Üzümçülük və şərabçılıq üzrə ixtisas fənn müəllimi, 2023-cü ildə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə 26 balla Baytar texniki ixtisas fənn müəllimi olaraq qəbul olunub. Amma müxtəlif səbəblərdən müəllim kimi fəaliyyətə başlaya bilməyib. Bu il daha bir cəhd edib. Bərdə Dövlət Peşə Təhsil Mərkəzində ixtisas fənn müəlimi olmaq üçün müraciət etmək istəyib. Ancaq peşə təhsili müəssisəsində ixtisas fənn müəllimi olmaq üçün həmin ixtisas üzrə 1 illik iş təcrübəsi, istehsalat təlimi ustalığı üçün isə 5 il iş təcrübəsi tələb olunduğunu öyrənib. O da müəllimi ola bilmədiyi Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olmağa qərar verib.

Axırda yenə qaynaqçı oldu

Bu il peşə təhsili almaq qərarına gəlib, atasının, babasının peşəsinə üz tutub. Nədə olmasa, qaynaqçı babasından, atasından peşənin əmək bazarındakı gücünü bilir. Əvvəlcə imtahanlara qatılıb. Peşə təhsili müəssisələrinə qəbulda iştirak edib və Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Elektrik qaz qaynaqçısı ixtisasına qəbul olunub: “Əmək bazarında bu peşəyə tələbat olduğunu bilirəm. Peşə təhsili də alaraq iş tapmaq imkanlarımın daha da genişlənəcəyini düşündüm”.

Amma əsl niyyəti peşə təhsili sahəsində peşəkar təhsilverən olmaqdır. Bu məqsədlə xaricdə peşəkarlığını artırmağı hədəfləyib: “Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində belə bir ifadə işlətdi ki, peşə təhsili müəssisələrinin məzunlarını daha çox işaxtaran deyil, işəgötürən tərəf kimi görür. Bu fikrin nə qədər real olduğunu peşə təhsili almağa başlayandan sonra anladım. Mənim hədəfimdə artıq, sadəcə bir qaynaqçı olmaq yox, qaynaqçı peşəkarlar yetişdirməkdir. Kurs açıb bu peşəni arzulayan hər kəsə öyrətmək istəyirəm”.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.