Bütün xəbərlər
7 fevral, 12:00

Tanınmış psixoloqlar Robert Rosental və Lenor Cakobson 1969-cu ildə apardıqları “Sinifdə Piqmalion” adlı araşdırmada göstəriblər ki, bir insanın (məsələn, müəllim, valideyn və ya nəzarətçinin) başqa bir şəxsin (məsələn, tələbə, şagird və ya himayəsində olan uşaq) qabiliyyət və ya davranışı ilə bağlı gözləntiləri onun nəticəsinə təsir edən psixoloji hadisədir. Bu təsir özünü belə göstərir: müsbət gözləntilər insanın öyrənmə effektivliyini artıra, mənfi gözləntilər isə motivasiya və nailiyyətləri azalda bilər.

Psixologiya üzrə elmi qaynaqlarda göstərilir ki, 1960-cı illərdə tədqiqatçılar Rosental və Cakobs San-Fransisko məktəblərindən birində apardıqları tədqiqatda şagirdlərin IQ səviyyələrini yoxlayıblar. Aşağı bal toplayan uşaqların nəticələri şişirdilərək yüksək IQ göstəriciləri olan uşaqlar qrupuna əlavə edilib. Müəllimlərə deyilib ki, siniflərində çox yüksək intellektli uşaqlar var. Müəllimlər bəzi şagirdlərin nəticələrinə təəccüblənsələr də, tədqiqatçılar onların çaşqınlığına cavab olaraq bildiriblər ki, bu uşaqlar indiyə qədər özlərini təsdiqləyə bilməyiblər, lakin tezliklə potensiallarını nümayiş etdirəcəklər.

Tədqiqatçılar ilin sonunda yenidən məktəbə qayıdanda, ilin əvvəlində seçdikləri şagirdlərin əksəriyyətinin (qəsdən şişirdilmiş balları olanlar da daxil olmaqla) sinfin ən yaxşı şagirdləri olduğunu görüblər. Seçilmiş tələbələrin IQ səviyyəsi əhəmiyyətli dərəcədə artıbmış.

Ehtimal olunurdu ki, dərs ili ərzində müəllimlər uşaqların qabiliyyətlərindən xəbərdar olduqdan sonra (tədqiqatçıların dediklərinə əsasən) onlardan daha yaxşı nəticələr gözləyir və bəlkə də seçilmiş qrupun tədrisi prosesinə fərqli yanaşaraq, daha yaradıcı fəaliyyət göstərməsinə şərait yaradıb, onları ruhlandırmağa çalışıblar.

Təcrübə göstərir ki, əgər müəllim şagirddən yaxşı nəticə gözləyirsə, bu, akademik göstəriciləri yaxşılaşdıra bilər. Beləliklə, müsbət gözləntilər insanın motivasiya və nailiyyətlərini artıra, mənfi gözləntilər isə azalda bilər.

Psixologiyada başqalarının və ya özünün qiymətləndirməsinin nəticəyə ciddi təsir etməsi Piqmalion effekti adlandırılır. Bu ifadəni ilk dəfə 1928-ci ildə Robert K. Merton işlədib və deyib ki: “İnsan bir vəziyyəti mümkün hesab edərsə, sonradan həmin hadisə baş verə bilər”.

“Piqmalion effekti” ifadəsinin yaranması isə qədim yunan mifologiyasına söykənir. Heykəltəraş Piqmalion fil sümüyündən yonduğu qadın heykəlinə aşiq olur və bu sevginin təsirindən ilahə Afrodita heykəli insana çevirir.

Psixologiyada bu təsir bəzən Piqmalionla yanaşı, Rosentalın adı ilə də tanınır.

Yuxarıda təsvir edilən araşdırmadan əvvəl Robert Rosental başqa bir maraqlı araşdırma aparıb. Təcrübə iştirakçılarına labirintdə siçovulların davranışına nəzarət etmək tapşırığı verilib. İştirakçılar isə fərqli göstərişlər alıblar: bəzilərinə “ağıllı” siçovullarla, digərlərinə isə “axmaq” siçovullarla işlədikləri bildirilib. Əslində, siçovullar təsadüfi seçilib, eyni şəraitdə yetişdirilib və davranışlarında əhəmiyyətli fərqlər müşahidə olunmayıb. Bu sınağın maraqlı tərəfi o idi ki, "ağıllı" siçovullarla işlədiklərini düşünən iştirakçılar onları götürmək, sığallamaq və daha çox qayğı göstərməklə tapşırığı yerinə yetirməyə səy göstərirdilər. Nəticədə bu heyvanlar həqiqətən daha yaxşı nəticələr göstəriblər. Amma “axmaq” siçovullarla işləyən iştirakçılar obyektlərə diqqətsiz yanaşdığından bu, heyvanlarda stress yaradıb və nəticələrə də təsir edib.

Psixologiyada bu fenomenə bəzən "özünü doğruldan peyğəmbərlik" də deyilir. Özümüz və ya başqaları haqqında müəyyən gözləntilərə inananda biz şüursuz şəkildə çox vaxt əslində bunu etdiyimizin fərqinə varmadan istədiyimiz istiqamətdə irəliləyirik. Gözləntilərimiz özünü doğruldanda bizə elə gəlir ki, bu, təbii haldır.

Rosentalın araşdırmalarında göstərilir ki, metodoloji cəhətdən səriştəli müəllim şagirdləri bilik əldə etməyə həvəsləndirməyə çalışır və buna görə də müxtəlif üsullardan istifadə edir. Şagirdlərin yüksək nəticələri ilə bağlı müəllimin gözləntiləri təhsil prosesini yaxşılaşdıran psixoloji münasibətdir. Bu metoddan səmərəli istifadə etməklə müəllim zəif nəticə göstərən şagirdlərin səviyyəsini qaldıra, yüksək nəticə göstərən şagirdlərin nailiyyətlərini isə daha da yaxşılaşdıra bilər. Burada əsas addımlar aşağıdakı kimi tərtib edilə bilər:

  1. Müəllim şagirdlə bağlı gözləntiləri müəyyənləşdirir;
  2. Bu gözləntilərə əsaslanaraq uşağa təsir edir;
  3. Müəllim hər bir şagirdə ondan nə gözləndiyini bildirir;
  4. Əgər bu davranış kifayət qədər aydın ifadə olunursa (söz, jest, bədən dili ilə), bir qayda olaraq, şagirdlərin nailiyyətlərində yüksəlmə nəzərə çarpır;
  5. Zaman keçdikcə şagirdin davranışı ondan gözlənilənlərə uyğunlaşır.

Rosental izah edir ki, bir insanın başqa bir insanı düzgün qəbul etməməsi onun gözlənilən davranışla nəticələnəcək şəkildə hərəkət etməsinə səbəb olur. Məsələn, sinfə yeni gələn bir uşağın haqqında xoş olmayan sözlər söyləmək uşaqları onunla daha soyuq davranmağa, danışmaqdan çəkinməyə və onunla əlaqəni minimuma endirməyə sövq edəcək. Sonra həmin uşaq, şübhəsiz ki, ona soyuq görünən davranışa cavab olaraq, çoxluqla ünsiyyətdən qaçacaq. Beləliklə, onun haqqında yaradılan obraz özünü təsdiqləyəcək.

Mütəxəssislər bu maraqlı effekti “şəxsiyyətlərarası ünsiyyətdə özünü təsdiqləyən öncəgörmə” adlandırıblar. ABŞ-də Böyük Depressiya zamanı bir çox banklar məhz bu yanaşma ilə müflisləşiblər. Məqsədli şəkildə cəmiyyətə hansısa bankın uğursuzluğu haqqında şayiələr ötürülürdü. Bankın müştəriləri kütləvi şəkildə öz hesablarından vəsaitləri çıxarmağa başlayanda bankın işində fasilə yaranırdı. Banklar bütün əmanətlərini ödəmək üçün kifayət qədər nağd pula malik olmadıqlarından vəsaitlərin kütləvi çıxarılması sonda müflisləşməyə gətirib çıxarırdı. Beləliklə, banklar müştərilərin saxta gözləntilərinin qurbanına çevrilirdi.

Piqmalion effektinə görə, insanlar bir-birlərini nə qədər yaxşı tanısalar, yanlış fərziyyələrin onlara təsir etmə ehtimalı bir o qədər az olar.

Qeyri-dəqiq fərziyyələr kifayət qədər ciddi nəticələrə səbəb ola biləcəyi üçün Piqmalion effekti sosial-psixoloji tədqiqatlarda mühüm mövzu olaraq qalır və hələ də həm metodoloji, həm də real həyatda əhəmiyyətli rol oynayır. Buna görə də Piqmalion effektini anlamaq bir çox situasiyalarda müxtəlif problemlərin yaranmasının qarşısını ala bilər.

Mənbə: “Azərbaycan məktəbi” jurnalı

Şərhlər

Xəbər lenti

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.