Bütün xəbərlər
13 fevral, 17:05

“Ev tapşırıqlarının yerinə yetirilməsi yalnız akademik deyil, həm də məsuliyyət hissinin inkişafı, qaydalara uyğunlaşma, nizam-intizam və uşağın sağlam şəxsiyyət kimi formalaşması baxımından çox önəmlidir. Odur ki, valideynlər uşaqlarına kiçik yaşlarından məsuliyyət hissi aşılayaraq yaşlarına uyğun kiçik tapşırıqlar verməli və tapşırıqları düzgün yerinə yetirdiklərində onları müsbət qiymətləndirməlidirlər”.

Bunu “Azərbaycan müəllimi”nə uşaq və yeniyetmə psixoloqu Gülər Xəlilova deyib. O bildirib ki, uşaqlar üçün ev tapşırıqlarının bir çox faydası vardır. Ev tapşırığı öyrənilən mövzunun möhkəmləndirilməsi üçün həyata keçirilən təkrar prosesidir: 

“Ev tapşırığının yerinə yetirilməsi zamanı yeni bağlantılar qurularaq öyrənilən məlumat qalıcı hala gəlir və qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşına ötürülür. Eyni zamanda, uşaqlarda məsuliyyət hissi və intizam bacarığı formalaşır, həmçinin digər məsuliyyətlərini dərk edərək həyata keçirmələrinə kömək edir. 

Child Psychology - Learning Links

Təbii ki, hər yaş dövrünün fəaliyyət növləri fərqlidir. Məsələn, 3-6 yaş arası bu fəaliyyət növü əsasən oyunlardır. 6 yaşdan sonra isə oyun fəaliyyəti təlim fəaliyyəti ilə əvəz olunur. Bu keçid uşaqlar üçün çətin ola bilər. 

Uşaq oyundan aralanaraq masa başına keçir və uzun müddət diqqətini cəmləmək məcburiyyətində olur. Bu problem xüsusilə 1-ci sinifdə baş verir, amma sonradan uşaq buna adaptasiya olmağa başlayır. Bu da təsadüfi deyil, çünki 6 yaş böhran yaş dövrüdür. Bu dövrdə valideynin qoyduğu qaydalar və sağlam sərhədlər çox önəmlidir.”

Erkən yaşlarda məsuliyyətə dair tapşırıqlar və valideynlərin narahatlıqları

Onun sözlərinə görə, kiçik yaşlarda uşaqlar üçün ev işlərinə aid tapşırıqların verilməsi vacibdir. Məsələn, 3 yaşında oyuncaqlarını qutuya yığmaq, 4 yaşında güllərə su vermək, 5 yaşında yatağını toplamaq kimi sadə tapşırıqlar uşaqların məsuliyyət hissinin inkişafında əhəmiyyətli rol oynayır. Bundan əlavə, valideynlər kiçik yaşlardan uşaqlara istəklərini ertələməyi öyrətməlidirlər. Əks halda, uşaq heç bir qaydaya tabe olmayacaq, yalnız istədiklərini edəcək. 

Gülər Xəlilova qeyd edib ki, uşağın ev tapşırıqlarını etməməsi və ya düzgün yerinə yetirməməsi, bəzən müəyyən psixoloji və psixiatrik problemlərin göstəricisi ola bilər. Məsələn, DƏHP (diqqət əskikliyi və hiperaktivlik pozuntusu) öyrənmə çətinlikləri (disleksiya, disqrafiya, diskalkuliya) olan uşaqların dərs oxuma və yazma çətinliyi iradələrindən kənar baş verir. Bu halda valideynlərin dərhal uşaq psixiatrına müraciət etməsi vacibdir”.

Child psychologist full career guide – Degreechoices.com

Valideynlərin bu mövzudakı ən böyük narahatlıqları uşaqlarının ev tapşırığını unutması, yerinə yetirmək istəməməsi və ya yanlış yerinə yetirməsidir. Gülər Xəlilova vurğulayıb ki, ev tapşırığı ilə bağlı problemlər əsasən ibtidai siniflərdə meydana çıxır. O qeyd edib ki, valideyn uşağın çətinliyini, duyğularını anlamalı və övladına dəstək olmalıdır. Aqressiv yanaşmalar isə düzgün həll yolu deyil.

Ev tapşırığının yerinə yetirilməsi üçün ideal şərait

“Ev tapşırığı hansı şəraitdə və necə həyata keçirilməlidir?” sualına cavab olaraq psixoloq bunun üçün sakit və rahat bir yerin vacibliyini bildirib: 

“Stolun üstündə uşağın dərslə bağlı lazım olacaq bütün materialları olmalıdır ki, tez-tez stolun yanından qalxmasın. Evdə ilk gündən etibarən ev tapşırıqlarının yerinə yetirilməsi üçün bir rejim formalaşdırılmalıdır. Bu, uşağın vaxtı düzgün idarə etməsinə və gələcəkdə işlərində düzənli olmasına kömək edəcək. Təbii ki, tapşırıqları yerinə yetirmək üçün doğru zaman seçilməlidir. Bu, uşağın istədiyi vaxtda, istər məktəbdən gələndə, istərsə də axşam yeməyindən əvvəl ola bilər. Lakin bu proses hər gün eyni saatda həyata keçirilməlidir. 

Mütləq şəkildə tapşırıq cədvəli hazırlanmalıdır. Cədvəldə həmin gün yerinə yetirəcəyi tapşırıqlar, hər bir tapşırığa ayrılacaq vaxt və verəcəyi fasilələr qeyd olunmalıdır. Fasilə 10 dəqiqədən çox olmamalıdır ki, uşaq dərsdən uzaqlaşmasın. Tapşırıqları yerinə yetirdikdən sonra uşağa kiçik və sevdiyi mənəvi mükafatlar verilə bilər. Əksinə, rutini pozduğu və tapşırıqları etməkdən imtina etdiyi zaman isə sevdiyi bir şeydən məhrum edilə bilər. Bu yanaşma ilə valideynlər bütün gün “dərs oxu” demək məcburiyyətində olmayacaq", - deyə psixoloq deyib.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.