Bütün xəbərlər
25 fevral, 10:01

Ötən həftə “Qarabağ” futbol klubunun prezidenti, iş adamı Tahir Gözəl Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanış olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, müəssisədə keçirilən görüş zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qonağa peşə təhsili sistemində aparılan islahatlar və sənayenin ehtiyaclarına uyğun kadr hazırlığı barədə məlumat verib.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan peşə təhsili müəssisəsidir. Yeni Peşə Təhsil Mərkəzi ən müasir maddi-texniki baza ilə təchiz olunub və 8 istiqamət - İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat - üzrə 1000-dək kadrın hazırlanması məqsədilə 2019-2020-ci tədris ilində fəaliyyətə başlayıb.

Onu da qeyd edək ki, bu təhsil müəssisəsinə qəbul 2022-2023-cü tədris ilində 519 nəfər olmuşdusa, 2024-2025-ci tədris ilində 893 nəfər olub.

Görüş əsnasında iş adamı Tahir Gözəl ölkədə peşə təhsilinin inkişafında özəl sektorun əhəmiyyətli rolunu vurğulayıb, peşəkar kadr potensialının artırılması istiqamətində dövlət-özəl tərəfdaşlığının vacibliyini qeyd edib.

Azərbaycanın aparıcı şirkətlərindən biri olan “AzerSun Holding” ilə əməkdaşlıq imkanlarının müzakirəsi zamanı holdinqin peşə təhsili sahəsində təhsilverənlərin inkişafına və onların bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğun artırılmasına dəstək verməsi məsələləri diqqət mərkəzində olub. Görüşdə tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi, pedaqoji heyətin istehsalat prosesində ixtisasartırma təlimlərində iştirakı və s. istiqamətdə əməkdaşlıq imkanları da müzakirə edilib. Həmçinin holdinq əməkdaşları üçün qısamüddətli təlimlərin təşkili imkanları nəzərdən keçirilib.

1 /7

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.