
Mediada Qarabağ Regional Təhsil İdarəsi tərəfindən çoxsaylı əməkdaşın işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə “Azərbaycan müəllimi”nə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. Bildiririk ki, 2025-ci ildən etibarən regional təhsil idarələrinin strukturunda müvafiq dəyişiklik edilib.
Bununla əlaqədar olaraq, metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.
Eyni zamanda metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib.
Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilməkdədir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər