Bütün xəbərlər
15 yanvar, 10:47

"Təhsildə xaricdə təcrübə qazanmaq vacibdir. Bu gün ölkəmiz bu yoldan geniş istifadə edir. Hər il onlarla, yüzlərlə gəncin xaricdə təhsilinə böyük vəsait xərclənir. Birmənalı olaraq bunun faydasını görəcəyimizi düşünürəm".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində millət vəkili, Əməkdar həkim Rəşad Mahmudov deyib.

O bildirib ki, ancaq xaricə göndərilən kadrların ölkəyə qayıtması üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır:

"Xaricə gedənlərin sayının çoxluğundan deyil, onların qayıtmamağından ehtiyatlanmalıyıq. Hədəfimiz xaricə gedənlər üçün bütün imkanları yaratmaq olmalıdır ki, onlar qayıtsınlar. İlk növbədə də təhsilverən ən yaxşı tələbəsinin başqa yerə getməməyində maraqlı olmalıdır. Universitet özü ən yaxşı tələbələrini seçib xaricə göndərməli, öz imklanları ilə onların başqa ölkələrin təcrübələri ilə tanış olmalarını təmin etməlidir, 2-3 aylıq təcrübə mübadiləsi ilə öz ölkəsinə verdiyi töhfələri artırmağa çalışmalıdır".

Millət vəkili əlavə edib ki, tibb təhsilində problemlər təhsilalanların təcrübə qazana bilməmələri ilə məhdudlaşmır. Hətta tibb üzrə təhsil səviyyələrində belə boşluqlar var:

"Bu boşluq isə bakalavr və ondan sonrakı davamlı tibb təhsilinin mexanizmlərində ədalətsizliyə gətirib çıxarır. Müqayisəli analiz edəndə bu ədalətsizlik daha aydın görünür. Məsələn, qarşıma alternativlər qoyulsa, övladımın Türkiyə, Almaniya, yoxsa Azərbaycanda təhsil alması ilə bağlı qərarı heç düşünmədən verər, ölkəmizdə tibb təhsili almasını istəmərəm. Çünki bakalavriat, magistratura və doktorantura səviyyəsinin qanunvericiliklə tənzimlənən mexanizmi beynəlxalq mexanizmlə müqayisədə təzadlıdır və Azərbaycanda tibb təhsili alanlar bir addım geridə qalırlar. YUNİSEF-in qəbul etdiyi beynəlxalq standartlara görə, 8 mərhələdən ibarət tibb təhsilinin sonuncu səviyyəsi doktoranturadır və bu, təhsil sistemlərində bütün istiqamətlər üzrə son mərhələdir. VI mərhələ bakalavriat, VII magistratura, VIII səviyyə isə doktoranturadır. Qərb, Türkiyə daxil olmaqla Avropa təhsil sistemində 6 illik tibb təhsili alan şəxs VII mərhələni bitirmiş sayılır. Yəni, həmin ölkələrin qanunvericiliklərinə görə, bakalavr və magistraturanı bitirən şəxslər VII təhsil səviyyəsindədirlər. Hətta ABŞ başda olmaqla bir çox ölkələrdə 4 illik tibb təhsili həkim olmaq üçün yetərli sayılır. Məsələn, paramedikal, tibblə əlaqəli bir çox sahəyə getmək istəyirsənsə, 4 illik təhsil yetərlidir. Sonrakı 2 ili də təhsil alırsansa, VII mərhələ bitir. Bundan sonra doktorantura və ya ona ekvivalent olan beynəlxalq səviyyələrdən keçirsən. Hər 100 nəfərdən 10-15 nəfəri paralel olaraq elmi tibblə də məşğul olur. Buna görə ayrıca zaman sərf etməyə ehtiyac yoxdur. Almaniyada 6 illik tibb təhsili aldıqdan sonra 4-5 illik yüksək ixtisaslaşma ilə birlikdə elmi işlərini yaza, müdafiəsini edə bilirlər. Türkiyədə rezidenturanın ekvivalenti olan uzmanlıq doktoranturanı əvəz edir, yəni tələbə VIII mərhələni bitirmiş kimi qəbul olunur. Azərbaycanda isə qanunvericilik adı belə bəlli olmayan bu mərhələni VII mərhələ olaraq qəbul edir. 6 illik tibb təhsili baza təhsili sayılır, amma buradan birbaş VIII səviyyəyə adlaya bilməz, tələbə rezidentura təhsili almalıdır. Onda soruşuram, rezidenturanı bitirən doktorant olmaq üçün nə etməlidir, yenidən 4 il oxumalıdır? Oxuyacaqsa, 6 il baza təhsili, 5 il rezidentura, daha 4 il doktorantura səviyyəsində təhsil almaq o deməkdir ki, 15 il təhsil almalıdır, halbuki dünyada 11-12 ildən çox tibb təhsili yoxdur. Hesab edirəm ki, dəyişikliklərə qanunvericilik yönündən başlamalıyıq. Bunu Milli Məclisdə də gündəmə gətirmişəm".

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.