
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş ""Yeni Qalaktika" Makerthon 2024" layihəsi çərivəsində baş tutan ekskursiyada şagirdlər mərkəzi gəzərək, akt zalında mərkəzin əməkdaşlarının təqdimatını dinləyərək Azərkosmos ASC-nin yaranma tarixi, fəaliyyəti, gələcək planları ilə tanış olublar.
“Azərbaycan müəllimi” xəbər verir ki, müəllim və şagirdlər ekskursiyanın sonunda “Tusi-Bohm Planetarium”da “Kainata doğru” sənədli filmini izləyiblər. Ekskursiyadan qayıdan şagirdlər topladıqları materiallardan videoçarx hazırlayıb təqdim ediblər.
Qeyd edək ki, məqsədi şagirdlərə astronavtika məzmunlu mühəndislik-dizayn həllərini proqramlaşdırma ilə inteqrasiyalı şəkildə öyrətmək, onların irəliləyişlərinə təkan verəcək makerthon formatında məşğələ və yarışları təşkil etmək, bu bacarıq və vərdişləri STEAM əsaslı müxtəlif yerli və beynəlxalq müsabiqələrdə sınamaq olan layihə Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbdə məktəbin coğrafiya müəllimi Rəna Cananova tərəfindən icra olunur.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər