Bütün xəbərlər
13 fevral, 23:19

İldə bir neçə dəfə Ay Yerə yaxınlaşır. Bu hadisə “Super Ay” adlanır və tamamilə təhlükəsizdir.

Super Ay Nədir?

Super Ay tam ayın və ya yeni ayın Yerə ən yaxın nöqtədə olmasıdır. Bu termin ilk dəfə 1979-cu ildə astrologiya jurnallarında istifadə edilib və elmi anlayış deyil. Super Ayın Ay-Yer arasındakı ən yaxın məsafə olub-olmaması hələ də müzakirə mövzusudur.

Adi tam Ayla müqayisədə "Super Ay" 15-30% daha parlaq ola bilər. Lakin insanlar onun ölçü fərqini çətinliklə hiss edirlər.

Super Ayın növləri

Müxtəlif tam aylar fərqli adlarla tanınır:

Nərə balığı Ayı (avqust) – Şimali Amerika hindularına görə, nərə balığı ovu üçün ideal vaxtdır.

Maral Ayı (iyul) – Bu ay maralların buynuzlarının böyüməsi ilə əlaqələndirilir.

Qırmızı (Qanlı) Ay – Tam Ay tutulması zamanı Ayın qırmızı rəng almasıdır.

Mavi Ay – Bir təqvim ayı ərzində ikinci tam ayın baş verməsidir.

2025-ci ildə üç "Super Ay" hadisəsi müşahidə olunacaq. Həmin tarixlər bunlardır:

6 oktyabr

5 noyabr

4 dekabr

21-ci əsrin ən parlaq "Super Ay"ı isə 6 dekabr 2052-ci ildə baş verəcək. Xatırladaq ki, son böyük "Super Ay" 14 noyabr 2016-cı ildə qeydə alınıb.

"Super Ay" insanlara və təbiətə təsir edirmi?

Elmi araşdırmalara görə, super Ayın insanlara və təbiətə ciddi təsiri yoxdur. Yeganə fərq adi tam Ayla müqayisədə dəniz səviyyəsində cüzi – bir neçə santimetr yüksələn qabarmalardır.

Bəzi insanlar super Ayın zəlzələlərə və digər təbii fəlakətlərə səbəb olduğunu iddia etsələr də, alimlər bu əlaqəni də rədd edirlər. Məsələn, 2004-cü ildə Hind okeanında, 2011-ci ildə Yaponiyada, 2016-cı ildə Yeni Zelandiyada və 2017-ci ildə İranda baş verən zəlzələlərin "Super Ay"la heç bir bağlılığı olmadığı sübut olunub. Amerikalı astronom Fil Plait də Ayın zəlzələlərə təsiri ilə bağlı elmi sübutların olmadığını bildirir.

Ayın insan sağlamlığına təsiri barədə də dəqiq elmi dəlillər yoxdur. Qədim Mesopotamiyadan bəri aparılan tədqiqatlar Ayın yuxu, psixi vəziyyətə təsirini araşdırsa da, heç bir konkret sübut tapılmayıb. 2013-cü ildə İsveçrəli alimlər tam Ayın yuxu keyfiyyətinə təsir etdiyini iddia etsələr də, sonrakı araşdırmalar bu nəticəni təsdiqləməyib.

Bəzi inanclara görə, "Super Ay" insanın emosional vəziyyətinə təsir edir, yuxusuzluğa səbəb olur və yaradıcı insanlara ilham verir. Lakin elmi araşdırmalar bununla bağlı sübut tapa bilməyib. Buna baxmayaraq, Ay həmişə insanların marağında olub və müxtəlif mifik inancların yaranmasına səbəb olub.

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.