Bütün xəbərlər
21 iyun, 09:33

İyunun 20-də ölkə üzrə təkrar serifikatlaşdırmaya cəlb olunan müəllimlər üçün imtahanlar keçirilib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində də çalışan müəllimlər arasında uğurlu nəticə göstərənlər var.

“Azərbaycan müəllimi” həmin müəllimlərin imtahanla bağlı təəssüratlarını öyrənib.

“Özümə sübut etmək istədim ki, tədris etdiyim fənni yaxşı bilirəm və onun hər xırdalığına hakiməm”

Xızı rayonu Fındığan kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günay Qədirova imtahanda 55 bal toplayıb. Onun sözlərinə görə, artıq 6-cı ildir ki, müəllim kimi fəaliyyət göstərir. Günay müəllim bu il ilk dəfə sertifikatlaşdırma imtahanında iştirak edir. Keçən il analıq məzuniyyətində olduğuna görə imtahana qatıla bilməyib və sertifikatlaşdırmada bu il iştirak edib:

“Hər bir insan öz peşəsini sevərək çalışmalıdır. Mən də peşəmi o qədər sevirəm ki, hər zaman - istər iş müddətində, istərsə də yay tətilləri dövründə öz üzərimdə çalışır və kitab-dəftərlə dostluq edirəm. Fikrimcə, yaxşı nəticə göstərməyimin səbəbi elə müntəzəm çalışmağımdadır. İmtahana bir ay qalmış öz üzərimdə daha çox işləməyə başladım. Özümə sübut etmək istədim ki, fənnimi yaxşı bilirəm və onun hər xırdalığına hakiməm. İmtahan bitdikdən sonra çox xoşbəxt idim və əmin oldum ki, bunu bacardım”.

Günay müəllim əlavə edir ki, suallar onun üçün çətin olmayıb: “Hesab edirəm ki, şagirdlə gündəlik işləyən müəllim bu sualların öhdəsindən gəlməyə qadir olmalıdır. Problemli sualla qarşılaşmadım. Hətta sualların hamısını cavablandırmaq olardı, sadəcə, həyəcan səbəbindən bir neçəsi gözümdən yayınıb”.

Günay müəllimin sertifikatlaşdırmada iştirak edən müəllimlərə tövsiyəsi belədir: “Sadəcə, bir az çox çalışmaq lazımdır. Zəhmət çəkdikdən sonra insan mütləq əziyyətinin bəhrəsini görür”.    

“Hər müəllim durmadan özünü təkmilləşdirməlidir”

İlahə İmanova Xırdalan şəhəri Veysəl Musibov adına 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimidir və 53 bal toplayıb. Bildirir ki, 2001-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Keçən il müəllimlər üçün təşkil olunan TESOL üzrə beynəlxalq təlimdə iştirak etdiyindən sertifikatlaşdırma imtahanında iştirak edə bilməyib. O, bu il ilk dəfədir ki, sertifikatlaşdırmaya qatılıb.

İlahə müəllim deyir ki, xüsusi olaraq imtahana hazırlaşmayıb, uğurlu nəticəsi illərin təcrübəsinə əsaslanır: “Suallar gözlədiyimdən daha düşündürücü idi. Çox sanballı suallar seçilmişdi”.

Sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərə İlahə müəllim bu sözləri ünvanlayır: “Hər müəllim durmadan öz sahəsi üzrə araşdırmalar aparmalı, özünü təkmilləşdirməlidir”. 

Şərhlər

Xəbər lenti

19 sentyabr, 12:31

Valideynlərini itirmiş uşaqlar təhsillərini başa vurduqda 2600 manat birdəfəlik müavinət veriləcək

19 sentyabr, 12:07

Bir sinfin 6 məzunu Hüquq fakültəsinin tələbəsi oldu – Məktəbdən reportaj

19 sentyabr, 11:24

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək

19 sentyabr, 11:24

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində hansı məsələlər müzakirə ediləcək? – Eksklüziv müsahibə

19 sentyabr, 10:54

“Maarifçi” proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzində olublar

19 sentyabr, 10:43

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19 sentyabr, 10:35

2026-cı ilin buraxılış imtahanlarının proqramları AÇIQLANDI

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.